QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 19 Dec 2025

Aktın mətni

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Qarabağ Zəfəri ilə müasir Azərbaycan dövlətçiliyinin qüdrətini bütün dünyaya nümayiş etdirmiş Lider, Türk dünyasının qürur mənbəyi olaraq Sizin qətiyyətli və uzaqgörən siyasi rəhbərliyinizlə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik yolunu tarixi Zəfərlə başa çatdıraraq 30 illik işğala son qoymuşdur. Bu möhtəşəm nailiyyət milli tariximizdə mühüm dönüş nöqtəsi olmaqla yanaşı, Türk dünyasının ortaq yaddaşında da silinməz iz buraxmışdır və xalqın birliyinin, siyasi iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümüdür.

Bu əlamətdar gündə Türk Dövlətləri Parlament Assambleyası adından Sizi təbrik etməklə yanaşı, qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə yazılmış Zəfər salnaməsi Türk dünyasında mənəvi həmrəyliyin möhkəmlənməsinə, ortaq dəyərlər ətrafında daha sıx birləşməyə və gələcəyə birlikdə inamla addımlamağa mühüm töhfə vermişdir. Bu gün Türk dünyası Sizin liderliyinizə və xidmətlərinizə dərin ehtiramla və minnətdarlıqla yanaşır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, uzun və gümrah ömür, Azərbaycan Respublikasının davamlı inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Yüksək hörmət və ehtiramla, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi

Əvvəlki yenilik
Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan
Növbəti yenilik
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan