QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 10 Dec 2025

Hörmətli cənab Prezident.

Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm.

Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir.

Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.

Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə

İmza

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 Dec 2025

Əvvəlki yenilik
Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya
Növbəti yenilik
Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün STRATEGİYA