QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Yeniliklər“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında
Rəsmi mənbə

2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 10 Dec 2025

Aktın mətni

1. 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

3. "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293 (Cild I) 2-ci hissəsində "əmək və əhalinin sosial müdafiəsi" sözləri "maliyyə" sözü ilə və "Direktorlar Şurasının" sözləri "İdarə Heyətinin" sözləri ilə əvəz edilsin.

Əvvəlki yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 oktyabr tarixli 550s nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Növbəti yenilik
R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı