QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Xüsusi icra məmuru şəhadətnaməsinin və xüsusi icra məmurunun xidməti vəsiqəsinin formalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Ədliyyə…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 1 Dec 2025

Aktın mətni

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYA QƏRARI № 3-16/1-KQ/12/2025 Bakı şəhəri 28 noyabr 2025-ci il Xüsusi icra məmuru şəhadətnaməsinin və xüsusi icra məmurunun xidməti vəsiqəsinin formalarının təsdiq edilməsi haqqında "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.1.3-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 19-cu hissəsini rəhbər tutaraq, Kollegiya QƏRARA ALIR:

1. "Xüsusi icra məmuru şəhadətnaməsinin forması" təsdiq edilsin (əlavə olunur).

2. "Xüsusi icra məmurunun xidməti vəsiqəsinin forması" təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).

5. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.

6. Bu Qərarın 1 və 2-ci hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/12/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xüsusi icra məmuru şəhadətnaməsinin forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/12/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xüsusi icra məmurunun xidməti vəsiqəsinin forması

Əvvəlki yenilik
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI
Növbəti yenilik
Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının Tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI