AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYA QƏRARI
№ 10-N Bakı şəhəri 21 noyabr 2025-ci il Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2019-cu il 31 oktyabr tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətində əməliyyat-axtarış fəaliyyətinin təşkilinə dair Təlimat"da dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 9.24-cü bəndini və 19-cu hissəsini rəhbər tutaraq Kollegiya QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2019-cu il 31 oktyabr tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətində əməliyyat-axtarış fəaliyyətinin təşkilinə dair Təlimat"da dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov * Əlavə dərc olunmur.