Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1374) 1-ci hissəsindəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.10.6-cı yarımbənd üzrə:
1.1.1. 1.10.6.1-ci abzasda hər iki halda "1 384 537.0" rəqəmləri "563 681.0" rəqəmləri ilə əvəz edilsin;
1.1.2. aşağıdakı məzmunda 1.10.6.2-ci abzas əlavə edilsin:
1.10.6.2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs 820 856.0 820 856.0
1.2. 1.11.1-ci yarımbənd üzrə:
1.2.1.1.11.1.4-cü abzasda hər iki halda "16 850 726.0" rəqəmləri "16 568 470.0" rəqəmləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı məzmunda 1.11.1.4-1-ci abzas əlavə edilsin:
1.11.1.4-1 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs 282 256.0 282 256.0
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 Nov 2025