QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 29 Oct 2025

Aktın mətni

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"nın (bundan sonra – Konvensiya) 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 oktyabr 2025-ci il

Əvvəlki yenilik
Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu