Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI · Qanunçu · Qanunçu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların…
AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 23 Oct 2025
XülasəAI
Qiymətli metallar və daşlarla bağlı mühafizə qaydalarına yeni bir maddə əlavə edildi. Bu maddəyə görə, emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması zamanı mühafizə Daxili İşlər Nazirliyinin silahlı ekipajı tərəfindən ödənişsiz şəkildə təmin ediləcəkdir.
11. Emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.
12. Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahlı ekipajı tərəfindən ödənişsiz qaydada həyata keçirilir