QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 18 Sep 2025

Aktın mətni

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 sentyabr 2025-ci il

Əvvəlki yenilik
“Minatəmizləmə fəaliyyətinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Counz Robert Qərinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı