QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbaydan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 13 Aug 2025

Aktın mətni

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, Sizin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşünüzün yekunlarına dair Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Zati-alinizin müasir tarixə həkk olunmuş qətiyyətli və hüquqauyğun addımları Asiyada uzun müddət davam etmiş daha bir münaqişənin həll olunmasını təmin etdi.

Azərbaycanın əldə etdiyi bu əlamətdar nailiyyət ölkənizin regional və qlobal sülh və təhlükəsizliyin təşviqinə dönməz sadiqliyini bir daha nümayiş etdirdi.

Zati-alinizin strateji rəhbərliyi altında Azərbaycanın səyləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) əhatə etdiyi geniş regionun tranzit və nəqliyyat potensialının reallaşması ilə dayanıqlı əlaqəliliyə, mədəniyyətlərarası dialoqun təşviqinə, iqlim dəyişikliyi ilə bağlı çağırışlarla mübarizəyə və AQEM-in vasitəçilik, münaqişələrin həlli və münaqişədən sonra bərpa qabiliyyətlərinin güclənməsinə mühüm töhfə verir.

Zati-aliləri, Azərbaycana və xalqınıza davamlı sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə, Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi

Əvvəlki yenilik
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
Növbəti yenilik
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu