QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 23 May 2025

Aktın mətni

Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.

İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim.

Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb.

Sizin rəhbərliyinizlə ölkənin mənəvi potensialını möhkəmləndirən çox mühüm sosial təşəbbüslər həyata keçirilir. Sizin tibb elminin və təcrübəsinin inkişafına, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş proqramların dəstəklənməsinə mühüm töhfənizi xüsusi qeyd etmək istərdim.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yüksək missiyanızda yeni-yeni uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.

Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!

Hörmətlə, Pyotr Qlıboçko İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor

Əvvəlki yenilik
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayevdən
Növbəti yenilik
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan