QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Riçard Armitacın ailəsinə

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 16 Apr 2025

Aktın mətni

Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət və diplomatiya sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə həm ABŞ-da, həm də ondan kənarda böyük nüfuz qazanmışdır. O, dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.

Riçard Armitac Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman hörmət və rəğbətlə yanaşmışlar. Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Riçard Armitacın xidmətlərini xüsusi qeyd etmək istərdim. Onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram.

Riçard Armitacın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 aprel 2025-ci il

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı