QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 14 Apr 2025

Aktın mətni

Hörmətli Faiq müəllim!

Sizi 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycanda şahmatın inkişaf etdirilməsi, geniş təbliği və yeni nəsil şahmatçıların yetişməsi işinə mühüm töhfələr vermisiniz. Ölkəmizdə çoxsaylı şahmat yarışlarının uğurlu təşkilində böyük xidmətləriniz vardır.

Dünya şahmat ictimaiyyəti uzun illərdən bəri Sizi 150-dən artıq mötəbər beynəlxalq turnirdə, o cümlədən FIDE Qran-priləri, Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunda ədaləti qorumuş nüfuzlu baş hakim kimi tanıyır, təqdir edir və səmərəli fəaliyyətinizə ehtiramla yanaşır.

Azərbaycan şahmat məktəbinin inkişafına töhfələriniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz dəfələrlə təltiflərə layiq görülmüşsünüz.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 aprel 2025-ci il

Əvvəlki yenilik
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 409 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI