QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 3 Apr 2025

Aktın mətni

Hörmətli Birinci vitse-prezident.

Sizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən və müqəddəs Ramazan ayının başa çatmasının rəmzi olan bu əlamətdar bayram İslam aləmində ən çox ehtiram göstərilən bayramlardan biri kimi insanları mənəvi kamilliyə, şəfqət və mərhəmətə səsləyir.

Müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığa töhfə verərək insanları birləşdirən bu bayram millətlər arasında həmrəyliyin möhkəmləndirilməsi və mədəni müxtəlifliyə hörmətin artırılması baxımından mühüm rola malikdir. Siz bu dəyərləri dövlətçilik fəaliyyətinizdə daim rəhbər tutursunuz.

İdmanın inkişafı, vətəndaşların rifahının yaxşılaşdırılması və sabitliyin qorunub saxlanılması istiqamətində gördüyünüz işlər dərin rəğbət və heyranlıq doğurur. Sizin öz fəaliyyətinizlə göstərdiyiniz sədaqət və liderlik nümunəsi Azərbaycan Respublikasının firavanlığına və inkişafına töhfə verir.

Bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı, mühüm dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, ölkənizə davamlı tərəqqi və əmin-amanlıq diləyirəm.

Hörmətlə, İrina Viner Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri

Əvvəlki yenilik
Qambiya Respublikasının Prezidenti Adama Barroudan
Növbəti yenilik
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik