AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QƏRAR
№ 5/09 Bakı şəhəri 14 fevral 2025-ci il "Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında" 4-MKT №-li (rüblük) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 21 dekabr tarixli 43/09 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 256 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 679s nömrəli Sərəncamının 2- ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qərara alır:
1. "Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında" 4-MKT №-li (rüblük) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 21 dekabr tarixli 43/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında" 4-MKT №-li (rüblük) rəsmi statistika hesabatı fоrmаsı üzrə:
1.1.1. "II bölmə. İlin əvvəlindən verilmiş birdəfəlik müavinətlər və kompensasiyalar" bölməsinin adından "və kompensasiyalar" sözləri, həmin bölmə üzrə cədvəlin 1-ci sütununun adından ", kompensasiya" sözü, 2-ci və 3-cü sütunlarının adlarından ", kompensasiyanın" sözü çıxarılsın və 07-1-ci sətri ləğv edilsin;
1.1.2. "V bölmə. İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə birdəfəlik müavinətlərə və kompensasiyalara dair məlumatlar" bölməsinin adından "və kompensasiyalara" sözləri, həmin bölmə üzrə cədvəlin 1-ci sütununun adından ", kompensasiya" sözü çıxarılsın, 12-1-ci və 12-2-ci altsütunlardan ibarət "valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman paltar, ayaqqabı, yumşaq inventar və avadanlıq əvəzinə verilən pul kompensasiyası" sütunu ləğv edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında" 4-MKT №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" üzrə:
1.2.1. "2.2. II bölmə. İlin əvvəlindən verilmiş birdəfəlik müavinətlər və kompensasiyalar" bölməsinin adından "və kompensasiyalar" sözləri, mətn hissəsinin birinci cümləsindən ", kompensasiya" sözü, (hər iki halda) ", kompensasiyanın" sözü, ikinci cümləsindən ", kompensasiyanın" sözü çıxarılsın;
1.2.2. "2.5. V bölmə. İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə birdəfəlik müavinətlərə və kompensasiyalara dair məlumatlar" bölməsinin adından "və kompensasiyalara" sözləri, 2.5.1-ci yarımbəndinin birinci cümləsindən ", kompensasiya" sözü, ", kompensasiyanın" sözü, 2.5.2-ci və 2.5.3-cü yarımbəndlərindən ", 12-1-ci" sözləri çıxarılsın.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov