QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 14 Feb 2025

Hörmətli cənab Prezident, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 fevral 2025-ci il

Əvvəlki yenilik
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Növbəti yenilik
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı