“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 28 Jan 2025
XülasəAI
Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqlarını və fəaliyyətini genişləndirdi. Xarici xüsusi xidmətlərlə əməkdaşlıqda kadr hazırlığı, silahlanma vasitələrinin istifadəsi qaydaları və əməkdaşların işə qəbul olunmama səbəblərinin açıqlanması tələbləri dəyişdi. Dəyişikliklər 28 yanvar 2025-ci ildə qüvvəyə minir.
, o cümlədən müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın
Maddə 14
14.11
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidirlər.14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidirlər
Maddə 15
15.2-1
Yeni maddə
15.2-1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımırlar
Maddə 18
18
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi qulluqçuları üçün müəyyən olunmuş hərbi geyim forması ilə təchiz edilirlər.
18
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmişqanunla qadağan olunmayan qaydada silahlanma və təchizat vasitələri, o cümlədən xüsusi texniki və digər vasitələr işləyib hazırlayır, istehsalı, əldə edilməsi və istifadəsi ilə məşğul olur, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin silahlanması məqsədi ilə odlu silah, digər xidməti və mülki silah, döyüş sursatı əldə edir və istifadə edir.
18.6
Yeni maddə
18.6. Müvafiq icra hakimiyyəti orqanının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti (kənar dövlət maliyyə nəzarəti istisna olmaqla) tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir
Bu sənəddəki digər dəyişikliklər
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.