AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"nın təsdiq edilməsi haqqında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı" təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 dekabr 2024-cü il
№ 560
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il " 29 " dekabr tarixli 560 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dəmiryol nəqliyyatının siqnalizasiya TƏLİMATI
1. Ümumi müddəalar
1.1. Bu Təlimat dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, həmçinin qatarların hərəkətinin və manevr işinin təşkilinə xidmət edən müxtəlif təyinatlı görünən və səsli siqnalların mənalarını və tətbiqinə dair tələbləri müəyyən edir.
1.2. Dəmiryol nəqliyyatında siqnalizasiyaya aid normativ və texniki sənədlər bu Təlimatın tələblərinə uyğun olmalıdır.
2. Dəmiryol nəqliyyatında siqnallar
2.1. Dəmiryol nəqliyyatında siqnalların anlaşılma tərzinə görə aşağıdakı görünən və səsli növləri vardır:
2.1.1. görünən siqnallar - rəngləri, formaları, vəziyyəti və siqnal göstəricilərinin sayı ilə ifadə olunur. Görünən siqnalları vermək üçün işıqforlardan, disklərdən, lövhələrdən, fənərlərdən, bayraqlardan, siqnal göstəricilərindən və siqnal nişanlarından istifadə edirlər. Görünən siqnalların istifadə olunma vaxtına görə aşağıdakı növləri vardır:
2.1.1.1. sutkalıq siqnallar - sutkanın işıqlı və qaranlıq vaxtlarında eyni formada işıqforların müəyyən edilmiş rənglərdə işıqları, marşrut və digər işıq göstəriciləri, sürətin azaldılması daimi diskləri, sarı rəngli kvadrat lövhələr (arxa tərəfi yaşıl rəngdə), yük qatarının quyruğunun nişanlanması üçün işıqqaytarıcı qırmızı disklər, siqnal göstəriciləri və nişanları ilə verilən siqnallardır;
2.1.1.2. gündüz siqnalları - sutkanın işıqlı vaxtı disklər, lövhələr, bayraqlar və siqnal göstəriciləri (yoldəyişənlərin, yol çəpərləyənlərin, atıcı qurğuların) ilə verilən siqnallardır;
2.1.1.3. gecə siqnalları - sutkanın qaranlıq vaxtında əl və qatar fənərlərində, şüvülə (ağaca) bərkidilmiş fənərlərlə müəyyən edilmiş rəngli işıqları ilə verilən siqnallardır. Gündüz dayanmağı tələb edən siqnalların görünüşü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nın (bundan sonra - Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları) uyğun olaraq işıqforlar üçün müəyyən edilmiş normadan az olduqda (duman, qasırğa və digər əlverişsiz hava şəraitində), gecə siqnalları həmçinin gündüz vaxtı tətbiq edilir;
2.1.1.4. səs siqnalları - səslərin sayının və ahəngdarlığının müxtəlif davamiyyəti ilə ifadə olunur. Səs siqnallarının mənaları gündüz və gecə vaxtlarında eynidir. Lokomotivlərin, motor-vaqonlu qatarların və özügedən xüsusi dəmiryol hərəkət tərkibinin fitləri, əl fitləri, nəfəsli alətlər (şeypurlar), sirenalar, digər fitlər və taraqqalar səsli siqnalların verilməsinə xidmət edir. Taraqqanın partlaması qatarın dərhal dayandırılmasını tələb edir.
2.2. Dəmiryol tunellərində gecə və ya sutkalıq siqnalları tətbiq edilir.
3. Dəmiryol nəqliyyatında işıqforlar
3.1. Dəmiryol nəqliyyatında təyinatına görə işıqforların aşağıdakı növləri vardır:
3.1.1. giriş işıqforu - qatarın dəmiryol mənzilindən (bundan sonra - mənzil) dəmiryol stansiyasına hərəkət etməsinə icazə verir və ya qadağan edir;
3.1.2. çıxış işıqforu - qatarın dəmiryol stansiyasından mənzilə yola düşməsinə icazə verir və ya qadağan edir;
3.1.3. marşrut işıqforu - qatara dəmiryol stansiyasının müəyyən sahəsindən digər sahəsinə keçməsinə icazə verir və ya qadağan edir;
3.1.4. keçid işıqforu - qatara bir blok-sahədən (postlararası mənzil) digərinə keçməsinə icazə verir və ya qadağan edir;
3.1.5. qoruyucu (daldalanacaq) işıqfor - dəmiryol xətlərinin digər dəmir yolları, tramvay yolları və trolleybus xətləri ilə eyni səviyyədə kəsişdiyi yerləri, açılan körpüləri və bələdçilərlə keçilən sahələri qorumaq üçün istifadə olunur;
3.1.6. çəpərləyici işıqfor - dəmiryol keçidlərində, iri süni qurğularda və uçqun yerlərində qatarların hərəkəti üçün təhlükə yarandıqda hərəkətin dayandırılmasında, həmçinin stansiya dəmir yollarında vaqonlara baxış keçirilməsi və təmiri üçün tərkiblərin çəpərlənməsində istifadə olunur;
3.1.7. xəbərdarlıq işıqforu - əsas işıqforun (giriş, keçid, çəpərləyici və qoruyucu) göstəriciləri barədə xəbərdarlıq edir;
3.1.8. təkrarlayıcı işıqfor - yerli şəraitə görə əsas işıqforun görünüşü təmin olunmadıqda çıxış, marşrut və təpə işıqforlarının icazəverici göstəricilərini təkrar edir;
3.1.9. lokomotiv işıqforu - qatara mənzildə bir blok-sahədən digərinə keçməsinə icazə verir və ya qadağan edir, həmçinin qatarın yaxınlaşdığı yol işıqforunun göstəricisini lokomotivdə bildirir;
3.1.10. manevr işıqforu - manevrlərin aparılmasına icazə verir və ya qadağan edir;
3.1.11. təpə işıqforu - vaqonların təpədən buraxılmasına icazə verir və ya qadağan edir;
3.1.12. giriş (çıxış) işıqforu - qeyri-ümumi istifadəli dəmir yollarında dəmiryol hərəkət tərkibinin istehsalat yerlərinə girişinə və çıxışına icazə verir və ya qadağan edir;
3.1.13. texnoloji işıqfor - qeyri-ümumi istifadəli dəmir yollarında yerləşən obyektlərə (vaqonaşırıcılar, vaqon tərəziləri, yüklərin dənəvərliyini bərpa etmək üçün qurğular, tökmə (boşaltma) - doldurma qurğuları) xidmət göstərildiyi hallarda dəmiryol hərəkət tərkibinin verilməsinə və ya götürülməsinə icazə verir və ya qadağan edir.
3.2. Bir işıqfor bir neçə, o cümlədən giriş və çıxış, çıxış və manevr, çıxış və marşrut üzrə təyinatı yerinə yetirə bilər.
3.3. Linzalı və ya projektorlu olmaqla işıqforlarda işıq mənbəyi qismində işıq yayan diodlardan və ya közərmə lampalarından istifadə olunur. Yerləşməsinə görə işıqforların hündür (dirəkli), alçaq, həmçinin körpülərdə, konsollarda, körpü fermalarında, tunel divarlarında, qeyri-ümumi istifadəli dəmir yollarında isə sənaye binalarının divarlarında quraşdırılan növləri vardır.
3.4. İşıqforlarda fasiləsiz yanan, normal vəziyyətdə yanmayan, yanıb-sönən (qırpınan) və yanıb-sönməyən (qırpınmayan) siqnal işıqları tətbiq edilir.
3.5. Avtobloklama ilə təchiz edilmiş sahələrdə normal vəziyyətdə sönük olan keçid işıqforunun siqnal işıqları, qatar onun qarşısındakı blok-sahəyə daxil olduqda yanır və qatar həmin blok-sahədən çıxdıqdan sonra sönür.
3.6. İşıqforda onun təyinatını göstərən liter lövhəcik olmalıdır. Avtobloklamanın keçid işıqforları rəqəmlərlə işarələnir, digər bütün işıqforlar isə hərflərlə və ya hərflər və rəqəmlərlə işarələnir. İkiyollu və çoxyollu mənzillərdə hərəkətin düzgün olmayan dəmir yolu ilə lokomotiv işıqforlarının siqnalları üzrə təşkil etmək üçün daimi fəaliyyət göstərən qurğularla yenidən təchiz edilərkən, liter lövhəsi, həmçinin keçid işıqforlarının dirəklərinin əks tərəfində də nəzərdə tutulmalıdır.
3.7. Quraşdırıldıqları yerdən və təyinatından asılı olmayaraq işıqforların verdikləri siqnalların əsas mənaları aşağıdakılardır:
3.7.1. bir yaşıl işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, növbəti işıqfor açıqdır";
3.7.2. bir yanıb-sönən (qırpınan) sarı işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, növbəti işıqfor açıqdır və onu aşağı sürətlə keçmək tələb olunur";
3.7.3. bir sarı işıq - "Dayanmağa hazır olmaqla hərəkətə icazə verilir, növbəti işıqfor bağlıdır";
3.7.4. iki sarı işıq, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) - "İşıqforu aşağı sürətlə keçməyə icazə verilir, qatar yoldəyişən üzərindən yan yola hərəkət edir, növbəti işıqfor açıqdır";
3.7.5. iki sarı işıq - "İşıqforu aşağı sürətlə və növbəti işıqforun qarşısında dayanmağa hazır olmaqla keçməyə icazə verilir, qatar yoldəyişən üzərindən yan yola hərəkət edir";
3.7.6. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!";
3.7.7. bir dümağ işıq - "Manevr tərkibinə manevr işıqforunu keçməyə icazə verilir və sonradan yolüstü işıqforların göstəricilərinə və ya manevr rəhbərinin göstərişlərinə (siqnallarına) əməl etmək tələb olunur";
3.7.8. bir göy işıq - "Manevr tərkibinə manevr işıqforunu keçmək qadağan edilir".
3.8. Bu Təlimatın 3.7-ci bəndində göstərilən siqnalların müxtəlif təyinatlı işıqforlarda tətbiqi bu Təlimatla müəyyən edilmiş tələblərə uyğun olaraq həyata keçirilir. Bu Təlimatda nəzərdə tutulmayan hallarda həmin siqnalların tətbiqinə dair tələblər onların mənalarına əməl edilməklə, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.9. Çəpərləyici və qoruyucu (daldalanacaq) işıqforlar istisna olmaqla, qeyriümumi istifadəli dəmir yollarında ikigöstəricili siqnalizasiya ilə təchiz edilmiş işıqforların göstəricilərinin mənası qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.10. Giriş işıqforları ilə verilən siqnalların mənaları aşağıdakılardır:
3.10.1. bir yaşıl işıq - "Qatara baş dəmir yolu ilə təyin edilmiş sürətlə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır" (1 nömrəli əlavə, şəkil 1);
3.10.2. bir yanıb-sönən (qırpınan) sarı işıq - "Qatara baş dəmir yolu ilə təyin edilmiş sürətlə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır və onun aşağı sürətlə keçilməsi tələb olunur" (1 nömrəli əlavə, şəkil 2) ;
3.10.3. bir sarı işıq - "Qatara baş dəmir yolu ilə və dayanmağa hazır olmaqla dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) bağlıdır" (1 nömrəli əlavə, şəkil 3);
3.10.4. iki sarı işıq, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) - "Qatara aşağı sürətlə, yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır" (1 nömrəli əlavə, şəkil 4);
3.10.5. iki sarı işıq - "Qatara aşağı sürətlə və dayanmağa hazır olmaqla yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 5);
3.10.6. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!" (1 nömrəli əlavə, şəkil 6).
3.11. İkiyollu (çoxyollu) mənzilin düzgün olmayan dəmir yolundan qatarların dəmiryol stansiyasına qəbul edilməsi üçün giriş işıqforunun siqnalizasiyası düzgün dəmir yoluna qəbul edilən giriş işıqforunun siqnalizasiyasına uyğun olmalıdır.
3.12. İkiyollu (çoxyollu) mənzilin düzgün olmayan dəmir yolundan qatarların dəmiryol stansiyasına qəbul edilməsi üçün siqnalizasiya, mərkəzləşdirmə və bloklama qurğularının yenidən qurulmasınadək aşağıdakı siqnalların verilməsinə yol verilir:
3.12.1. iki sarı işıq - "Qatara aşağı sürətlə və növbəti çıxış (marşrut) işıqforunun və ya hüdud dirəkciyinin qarşısında dayanmağa hazır olmaqla, dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir";
3.12.2. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!".
3.13. Qeyri-ümumi istifadəli dəmir yollarının giriş işıqforlarında bu Təlimatın 3.10-3.12-ci bəndlərində göstərilən siqnallarından əlavə siqnallar da verilə bilər: bir dümağ işığı - "Qatara işıqforun əsas işıqlarının sönmüş vəziyyətində yolüstü birinci manevr işıqforunadək, sonradan manevr tələblərinə uyğun olaraq dəmiryol hərəkət tərkibi ilə qismən tutulu olan dəmir yoluna və ya qeyri-ümumi istifadəli dəmir yollarında yerləşən obyekt istiqamətində xüsusi sayıqlıqla və dayanmağa hazır olmaqla dəmiryol stansiyasına hərəkət etməyə yol verilir" (1 nömrəli əlavə, şəkil 7).
3.14. Ümumi istifadəli dəmir yollarında qatarların çarpazının markası az meyilli olan yoldəyişənlər üzrə yan dəmir yolu ilə qəbul edildiyi hallarda giriş və marşrut işıqforlarında aşağıdakı siqnallar tətbiq edilir:
3.14.1. bir yanıb-sönən (qırpınan) yaşıl, bir sarı işıq və bir işıqlanan yaşıl zolaq - "Qatara saatda 80 kilometrdən çox olmayan sürətlə, yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır və onu saatda 80 kilometrdən çox olmayan sürətlə keçmək tələb olunur" (1 nömrəli əlavə, şəkil 8);
3.14.2. iki sarı işıq, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) və bir işıqlanan yaşıl zolaq - "Qatara saatda 80 kilometrdən çox olmayan sürətlə, yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır və onu aşağı sürətlə keçmək tələb olunur" (1 nömrəli əlavə, şəkil 9);
3.14.3. iki sarı işıq və bir işıqlanan yaşıl zolaq - "Qatara saatda 60 kilometrdən çox olmayan sürətlə və dayanmağa hazır olmaqla, yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 10);
3.14.4. bir yanıb-sönən (qırpınan) yaşıl, bir sarı işıq və iki işıqlanan yaşıl zolaq - "Qatara saatda 120 kilometrdən çox olmayan sürətlə, yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor açıqdır və onu təyin edilmiş sürətlə keçməyə icazə verilir" (1 nömrəli əlavə, şəkil 11);
3.14.5. iki sarı işıq, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) və iki işıqlanan yaşıl zolaq - "Qatara saatda 80 kilometrdən çox olmayan sürətlə, yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır və onu aşağı sürətlə keçmək tələb olunur" (1 nömrəli əlavə, şəkil 12);
3.14.6. iki sarı işıq və iki işıqlanan yaşıl zolaq - "Qatara dayanmağa hazır olmaqla, qatara saatda 60 kilometrdən çox olmayan sürətlə, yan dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 13).
3.15. Tələb olunduqda giriş və marşrut işıqforlarında bir yanıb-sönən (qırpınan) yaşıl işıq siqnalının tətbiq edilməsinə yol verilir (1 nömrəli əlavə, şəkil 14). Həmin siqnal tətbiq edildikdə qatara təyin edilmiş sürətlə, baş dəmir yolu ilə dəmiryol stansiyasına hərəkət etməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır və onu qatara saatda 60 kilometrdən çox olmayan sürətlə keçmək tələb olunur.
3.16. Dəmiryol nəqliyyatının texniki istismar Qaydalarında nəzərdə tutulmuş hallarda bəzi stansiyaların giriş və marşrut işıqforlarında üç sarı işıq siqnalının tətbiq edilməsinə yol verilir (1 nömrəli əlavə, şəkil 15). Həmin siqnal tətbiq edildikdə lokomotivə, motor-vaqonlu qatara, motovoza, drezinə dəmir yolunun boş hissəsinə qırmızı işıqlı marşrut işıqforunadək, xüsusi ehtiyatla ümumi istifadəli dəmir yollarında qatara saatda 20 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə qatara saatda 15 kilometrdən çox olmayan sürətlə hərəkət etməyə yol verilir.
3.17. Dəvətedici siqnal - bir yanıb-sönən (qırpınan) dümağ işığı qatara qırmızı işıqlı işıqforu (və ya sönmüş) keçməyə və hərəkəti növbəti işıqforadək (yaxud çıxış işıqforu olmayan dəmir yoluna qəbul edildiyi hallarda hüdud dirəkciyinədək, motorvaqonlu qatarlar üçün dayanacaq platformasında dayananadək) və sonrakı hərəkət üçün maneə ilə rastlaşdıqda dərhal dayanmağa hazır olmaqla, ümumi istifadəli dəmir yollarında qatara saatda 20 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə qatara saatda 15 kilometrdən çox olmayan sürətlə xüsusi sayıqlıqla hərəkəti davam etdirməyə icazə verir (1 nömrəli əlavə, şəkillər 16, 17). Həmin siqnal giriş, marşrut və qruplaşdırılmışlar istisna olmaqla çıxış işıqforlarında tətbiq edilir.
3.18. Çıxış işıqforunun dəvətedici siqnalı ilə göndərilməyə yalnız avtobloklama ilə təchiz edilmiş ikiyollu (çoxyollu) mənzilin düzgün dəmir yolu üzrə yol verilir.
3.19. Qeyri-ümumi istifadəli dəmir yollarında siqnalizasiya, mərkəzləşdirmə və bloklama qurğularında yenidənqurma aparılanadək, giriş işıqforlarında yanıbsönməyən (qırpınmayan) bir dümağ işıqlı dəvətedici siqnalların tətbiq edilməsinə yol verilir.
3.20. Avtobloklama ilə təchiz edilmiş sahələrdə çıxış işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.20.1. bir yaşıl işıq - "Qatara dəmiryol stansiyasından yola düşməyə və təyin edilmiş sürətlə hərəkət etməyə icazə verilir, qarşıda iki və ya daha çox blok-sahə boşdur" (1 nömrəli əlavə, şəkil 18);
3.20.2. bir sarı işıq - "Qatara dəmiryol stansiyasından yola düşməyə və dayanmağa hazır olmaqla hərəkət etməyə icazə verilir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 19);
3.20.3. iki sarı işıq, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) - "Qatara dəmiryol stansiyasından yola düşməyə və aşağı sürətlə hərəkət etməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti işıqfor açıqdır" (1 nömrəli əlavə, şəkil 20);
3.20.4. iki sarı işıq - "Qatara dəmiryol stansiyasından yola düşməyə və aşağı sürətlə hərəkət etməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 21);
3.20.5. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!" (1 nömrəli əlavə, şəkillər 22, 23).
3.21. Avtobloklama ilə təchiz edilmiş sahələrdə qatarların çarpazının markası az meyilli olan yoldəyişən üzrə yan dəmir yolu ilə göndərildiyi hallarda çıxış işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.21.1. bir yanıb-sönən (qırpınan) yaşıl, bir sarı işıq və bir işıqlanan yaşıl zolaq - "Qatara dəmiryol stansiyasından qatara saatda 80 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti işıqfor açıqdır" (1 nömrəli əlavə, şəkil 24);
3.21.2. iki sarı işıq və bir işıqlanan yaşıl zolaq - "Qatara dəmiryol stansiyasından saatda 60 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 25);
3.21.3. bir yanıb-sönən (qırpınan) yaşıl, bir sarı işıq və iki işıqlanan yaşıl zolaq - "Qatara dəmiryol stansiyasından saatda 120 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti işıqfor açıqdır" (1 nömrəli əlavə, şəkil 26);
3.21.4. iki sarı işıq və iki işıqlanan yaşıl zolaq - "Qatara dəmiryol stansiyasından saatda 60 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 27).
3.22. Yarımavtobloklama ilə təchiz edilmiş sahələrdə çıxış işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.22.1. bir yaşıl işıq - "Qatara dəmiryol stansiyasından yola düşməyə və müəyyən edilmiş sürətlə hərəkət etməyə icazə verilir, növbəti dəmiryol stansiyasınadək (yol postunadək) mənzil boşdur" (1 nömrəli əlavə, şəkil 28);
3.22.2. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!" (1 nömrəli əlavə, şəkil 29);
3.22.3. iki sarı işıq - "Qatara dəmiryol stansiyasından aşağı sürətlə yola düşməsinə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti dəmiryol stansiyasınadək (yol postunadək) mənzil boşdur" (1 nömrəli əlavə, şəkil 30);
3.22.4. iki sarı işıq, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) - "Qatara dəmiryol stansiyasından aşağı sürətlə yola düşməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, növbəti dəmiryol stansiyasınadək (yol postunadək) mənzil boşdur, növbəti dəmiryol stansiyasının giriş işıqforu açıqdır" (1 nömrəli əlavə, şəkil 30а).
3.23. Müstəqil siqnalizasiya və əlaqə vasitəsi qismində tətbiq edilən avtomat lokomotiv siqnalizasiyası ilə təchiz edilmiş sahələrdə, düzgün olmayan dəmir yolu üzrə lokomotiv işıqforlarının göstəriciləri ilə hərəkət etmək üçün daima fəaliyyətdə olan ikitərəfli avtobloklama ilə təchiz edilmiş sahələrdə çıxış işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.23.1. bir yaşıl və bir dümağ işığı - "Qatara dəmiryol stansiyasından yola düşməyə icazə verilir, qarşıda iki və ya daha çox blok-sahə boşdur" (1 nömrəli əlavə, şəkil 31);
3.23.2. bir sarı və bir dümağ işığı - "Qatara dəmiryol stansiyasından yola düşməyə icazə verilir, qarşıda bir blok-sahə boşdur" (1 nömrəli əlavə, şəkil 32);
3.23.3. iki sarı, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) və bir dümağ işığı - "Qatara dəmiryol stansiyasından aşağı sürətlə yola düşməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, qarşıda iki və daha çox blok-sahə boşdur";
3.23.4. iki sarı və bir dümağ işığı - "Qatara dəmiryol stansiyasından aşağı sürətlə yola düşməyə icazə verilir, qatar yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, qarşıda bir blok-sahə boşdur";
3.23.5. bir yanıb-sönən (qırpınan) yaşıl, bir sarı, bir dümağ işığı və bir işıqlanan yaşıl zolaq - "Qatara dəmiryol stansiyasından saatda 80 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar 1/18 markalı yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, qarşıda iki və daha çox blok-sahə boşdur";
3.23.6. iki sarı, bir dümağ işığı və bir işıqlanan yaşıl zolaq - "Qatara dəmiryol stansiyasından saatda 60 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar 1/18 markalı yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, qarşıda bir bloksahə boşdur";
3.23.7. bir yanıb-sönən (qırpınan) yaşıl, bir sarı, bir dümağ işığı və iki işıqlanan yaşıl zolaq - "Qatara dəmiryol stansiyasından saatda 120 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar 1/22 markalı yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, qarşıda iki və daha çox blok-sahə boşdur";
3.23.8. iki sarı, bir dümağ işığı və iki işıqlanan yaşıl zolaqlar - "Qatara dəmiryol stansiyasından saatda 60 kilometrdən çox olmayan sürətlə yola düşməyə icazə verilir, qatar 1/22 markalı yoldəyişən üzrə yan dəmir yolu ilə hərəkət edir, qarşıda bir bloksahə boşdur";
3.23.9. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!".
3.24. Yol bloklaması ilə təchiz edilmiş şaxələnmiş sahələr olduqda, həmçinin yol bloklaması ilə təchiz edilmiş çoxyollu sahələrdə və ikitərəfli avtobloklama ilə təchiz edilmiş ikiyollu sahələrdə qatarın göndərildiyi dəmir yolunu göstərmək üçün tələb olunduqda çıxış işıqforunun işıqlarına infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən quraşdırılmış marşrut göstəricisinin müvafiq göstəriciləri əlavə edilməklə tamamlanır.
3.25. Marşrut göstəriciləri olmadıqda siqnalizasiya, mərkəzləşdirmə və bloklama qurğularının yenidən qurulmasınadək çıxış işıqforunda iki yaşıl işıq siqnalının tətbiq edilməsinə yol verilir (1 nömrəli əlavə, şəkil 33). Qatarın şaxələnmiş yola, çoxyollu sahənin dəmir yollarından biri və ya ikitərəfli avtobloklamada düzgün olmayan dəmir yolu ilə göndərildiyi hallarda həmin siqnal avtobloklamada iki və daha çox blok-sahə, yarımavtobloklamada isə mənzilin növbəti dəmiryol stansiyasınadək (yol postunadək) boş olduğunu göstərir.
3.26. Düzgün dəmir yolunda hərəkətin avtobloklama siqnalı ilə, düzgün olmayan dəmir yolunda isə lokomotiv işıqforlarının göstəriciləri üzrə yerinə yetirildiyi, həmçinin müstəqil siqnalizasiya və əlaqə vasitəsi qismində tətbiq edilən avtomatik lokomotiv siqnalizasiyası ilə təchiz edilmiş ikiyollu sahələrdə dəmiryol stansiyasından qatarın göndərildiyi hallarda çıxış işıqforu ilə bir sarı yanıb-sönən (qırpınan) və bir dümağ işıqlı siqnalın verilməsinə yol verilir (1 nömrəli əlavə, şəkil 34). Həmin siqnallar verildikdə qatarın dəmiryol stansiyasından getməsinə və sonradan düzgün olmayan dəmir yolu ilə lokomotiv işıqforunun göstəriciləri üzrə hərəkət etməyə yol verilir.
3.27. Təmir, tikinti və bərpa işləri dövründə lokomotiv işıqforlarının siqnalları üzrə ikiyollu və çoxyollu mənzillərin düzgün olmayan dəmir yolu ilə hərəkətin təşkili üçün müvəqqəti qurğuların qoşulduğu hallarda qatarların düzgün olmayan dəmir yolu ilə düzgün dəmir yolu üçün qurulmuş siqnallarla göndərilməsinə yol verilir.
3.28. Düzgün olmayan dəmir yolu ilə hərəkət üçün daimi fəaliyyətdə olan ikitərəfli avtobloklama ilə təchiz edilmiş ikiyollu (çoxyollu) sahələrdə lokomotivin işıqforunun göstəriciləri ilə düzgün olmayan dəmir yolu ilə göndərildiyi hallarda hərəkət sürəti infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.29. Çıxış işıqforları olan stansiyalara yol bloklaması ilə təchiz edilməyən şaxələnməsi olduqda, şaxələnmə yoluna göndərilmə marşrutunun hazır olması çıxış işıqforunun bir dümağ işığı ilə göstərilir, qatar şaxələnmə yolu ilə çıxış işıqforunun qırmızı işığının sönük vəziyyətində və maşinistə jezl-açar və ya DU-50 blankı verilməklə göndərilir (1 nömrəli əlavə, şəkil 35).
3.30. Çıxış işıqforu olan qeyri-ümumi istifadəli dəmir yollarının stansiyalarında göndərilmə marşrutunun yol bloklaması ilə təchiz edilməyən şaxələnmə yoluna hazır olduğunu göstərmək üçün çıxış işıqforlarına mənası qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilən müvafiq göstəricilər əlavə edilir.
3.31. Stansiyalarda manevr siqnalizasiyası olduqda, şaxələnmə yoluna göndərilmə marşrutunun hazır olduğu hallarda bir dümağ işığa marşrut göstəricisi əlavə edilir.
3.32. Qatarın baş hissəsi çıxış (marşrut) işıqforunun arxasında yerləşən, faydalı uzunluğa malik olmayan dəmir yollarından qatarların göndərilməsi yerinə yetirilən stansiyalarda, çıxış (marşrut) işıqforunun açıq və qarşıda iki və daha çox blok-sahənin boş olduğu hallarda işıqforun əks tərəfində yaşıl işıqla siqnal verən təkrarlayıcı başlıq quraşdırılır (1 nömrəli əlavə, şəkil 36).
3.33. Quraşdırıldıqları yerdən asılı olaraq, marşrut işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.33.1. bir yaşıl işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır";
3.33.2. bir sarı işıq - "Dayanmağa hazır olmaqla hərəkətə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) bağlıdır";
3.33.3. bir yanıb-sönən (qırpınan) sarı işıq - "İşıqforu təyin edilmiş sürətlə keçməyə icazə verilir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır və onu aşağı sürətlə keçmək tələb olunur";
3.33.4. iki sarı işıq, onlardan yuxarıdakı yanıb-sönən (qırpınan) - "İşıqforu aşağı sürətlə keçməyə icazə verilir, qatar yan dəmir yoluna hərəkət edir, növbəti işıqfor (marşrut və ya çıxış) açıqdır";
3.33.5. iki sarı işıq - "İşıqforu aşağı sürətlə keçməyə və dəmiryol stansiyasında dayanmağa hazır olmaqla hərəkətə icazə verilir, qatar yan dəmir yoluna hərəkət edir, növbəti işıqfor bağlıdır";
3.33.6. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!".
3.34. Avtobloklama ilə təchiz edilmiş sahələrdə keçid işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.34.1. bir yaşıl işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, qarşıda iki və ya daha çox blok-sahə boşdur" (1 nömrəli əlavə, şəkil 37);
3.34.2. bir sarı işıq - "Dayanmağa hazır olmaqla hərəkətə icazə verilir, növbəti işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 38);
3.34.3. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!" (1 nömrəli əlavə, şəkil 39).
3.35. Üçgöstəricili siqnalizasiyalı avtobloklama ilə təchiz edilmiş sahələrdə, baş dəmir yollarında tormoz yolu tələb edilən uzunluqdan az olan blok-sahəni çəpərləyən işıqforlarda (giriş, marşrut, çıxış və ya keçid) iki şaquli ox şəklində ağ rəngli işıqlanan göstərici, onun xəbərdarlıq işıqforunda isə bir şaquli ox şəklində ağ rəngli işıqlanan göstərici quraşdırılır (1 nömrəli əlavə, şəkil 38).
3.36. Dəmiryol stansiyasının baş dəmir yolunda tormoz yolu tələb edilən uzunluqdan az olan blok-sahəni çəpərləyən işıqforda (giriş, marşrut) bir yaşıl və bir sarı işıqlı siqnalın tətbiq edilməsinə yol verilir. Belə hallarda işıq göstəriciləri quraşdırılmadıqda qatarın aşağı sürətlə hərəkətinə yol verilir.
3.37. İşıq göstəriciləri sönmüş vəziyyətdə də siqnal mahiyyətini qoruyub saxlayır.
3.38. Dördgöstəricili siqnalizasiyalı avtobloklama ilə təchiz edilmiş sahələrdə baş dəmir yolları üzrə keçid, giriş, marşrut və çıxış işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.38.1. bir yaşıl işıq - "Qarşıda üç və ya daha çox blok-sahə boşdur";
3.38.2. bir sarı və bir yaşıl işıqlar - "Qarşıda iki blok-sahə boşdur" (1 nömrəli əlavə, şəkil 40);
3.38.3. bir sarı işıq - "Qarşıda bir blok-sahə boşdur";
3.38.4. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!".
3.39. Üçgöstəricili və ya dördgöstəricili siqnalizasiyalı avtobloklama ilə təchiz edilmiş sahələrdə giriş işıqforlarından qabaq yerləşdirilmiş (girişqabağı) keçid işıqforlarında həmçinin aşağıdakı siqnallar tətbiq edilir:
3.39.1. bir yanıb-sönən (qırpınan) sarı işıq - "Müəyyən edilmiş sürətlə hərəkətə icazə verilir, giriş işıqforu açıqdır və onu aşağı sürətlə keçmək tələb olunur, qatar dəmiryol stansiyasının yan dəmir yoluna qəbul edilir" (1 nömrəli əlavə, şəkil 41);
3.39.2. bir yanıb-sönən (qırpınan) yaşıl işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, giriş işıqforu açıqdır və onu saatda 80 kilometrdən çox olmayan sürətlə keçilməsi tələb olunur, qatar dəmiryol stansiyasının yan dəmir yoluna qəbul edilir" (1 nömrəli əlavə, şəkil 42). Girişdən əvvəlki işıqforda bir yanıb-sönən (qırpınan) yaşıl işıq dəmiryol stansiyasının yoldəyişənləri üzrə yan dəmir yolu ilə ötüb keçməklə saatda 120 kilometrdən çox olmayan sürətlə hərəkətə icazə verir.
3.40. Girişqabağı işıqforun dirəyində onun nömrəsinin yuxarı hissəsində üç maili işıqqaytarıcı zolaq şəklində bildiriş lövhəsi yerləşdirilir (1 nömrəli əlavə, şəkil şəkil 42).
3.41. Hərəkət düzgün olmayan dəmir yolu ilə edildiyi hallarda girişqabağı işıqfor hesab edilən dirəyin əks tərəfində bu Təlimatın 3.40-cı bəndində göstərilmiş bildiriş lövhəsi quraşdırılır.
3.42. Yarımavtobloklama ilə təchiz edilmiş sahələrin keçid işıqforlarında aşağıdakı siqnallar verilir:
3.42.1. bir yaşıl işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, növbəti dəmiryol stansiyasınadək (yol postunadək) mənzil boşdur" (1 nömrəli əlavə, şəkil 43);
3.42.2. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!" (1 nömrəli əlavə, şəkil 44).
3.43. Avtobloklama ilə təchiz edilmiş davamlı yoxuş sahələrində yerləşən keçid işıqforunun dirəyində quraşdırılan şəffaf ağ rəngli "T" hərfi şəklində şərti-icazəverici lövhədən əksetdirici nişanla verilən siqnal (1 nömrəli əlavə, şəkil 45) - yük qatarına qırmızı işığı yanan işıqforu ümumi istifadəli dəmir yollarında müəyyən edilmiş saatda 20 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmayan sürətlə xüsusi sayıqlıqla keçməsinə və sonrakı hərəkət üçün maneə ilə rastlaşdıqda dərhal dayandırmağa hazır olmaqla hərəkətə yol verilir.
3.44. Qoruyucu (daldalanacaq) işıqforlarla aşağıdakı siqnallar verilir:
3.44.1. bir yaşıl işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir" (1 nömrəli əlavə, şəkil 46);
3.44.2. bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!" (1 nömrəli əlavə, şəkil 47).
3.45. Qoruyucu (daldalanacaq) işıqforunun digər işıqforla birləşdirilməsinə icazə verilmir.
3.46. Çəpərləyici işıqforlarında bir qırmızı işıq - "Dayan! Siqnalı keçmək qadağandır!" siqnalı verilir (1 nömrəli əlavə, şəkil 48).
3.47. Çəpərləyici işıqfordan əvvəlki xəbərdarlıq işıqforu ilə bir sarı işıq siqnalı - "Hərəkətə dayanmağa hazır olmaqla icazə verilir, əsas çəpərləyici işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 49).
3.48. Normal vəziyyətdə çəpərləyici işıqforların və ona əlavə edilmiş xəbərdarlıq işıqforlarının siqnal işıqları yanmır və işıqforlar bu vəziyyətdə siqnal əhəmiyyətinə malik deyildir (1 nömrəli əlavə, şəkil 50). Tələb olunduqda infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə çəpərləyici işıqforlara və ona əlavə edilmiş xəbərdarlıq işıqforlarına fasiləsiz yanan siqnal işıqları tətbiq edilir.
3.49. Çəpərləyici işıqforların dirəkləri - növbələnən ağ və qara mailli zolaqlı fərqləndirici rənglərə malikdir.
3.50. Çəpərləyici işıqforlar manevr işıqforları, həmçinin alçaq tipli işıqforlarla birləşdirilə bilər.
3.51. Avtobloklama ilə təchiz edilməyən sahələrdə giriş, keçid və qoruyucu (daldalanacaq) işıqforlardan qarşıda yerləşən xəbərdarlıq işıqforlarında aşağıdakıları bildirən siqnallar verilir:
3.51.1. bir yaşıl işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, əsas işıqfor açıqdır" (1 nömrəli əlavə, şəkil 51);
3.51.2. bir sarı işıq - "Dayanmağa hazır olmaqla, hərəkətə icazə verilir, əsas işıqfor bağlıdır" (1 nömrəli əlavə, şəkil 52);
3.51.3. bir yanıb - sönən (qırpınan) sarı işıq - "Təyin edilmiş sürətlə hərəkətə icazə verilir, giriş işıqforu açıqdır və onun aşağı sürətlə keçməsini tələb edir, qatar dəmiryol stansiyasının yan dəmir yoluna qəbul edilir".
3.52. Bir yaşıl işıqla yanan təkrarlayıcı işıqfor çıxış və ya marşrut işıqforunun açıq olmasını göstərir (1 nömrəli əlavə, şəkil 53).
3.53. Qeyri-ümumi istifadəli dəmir yollarında aşağıdakı siqnalları verən təkrarlayıcı işıqforların tətbiqinə yol verilir:
3.53.1. bir dümağ işıq - "Manevr işıqforu açıqdır" (1 nömrəli əlavə, şəkil 54);
3.53.2. bir sarı işıq - "Girmə (çıxma), texnoloji işıqfor açıqdır" (1 nömrəli əlavə, şəkil 55).
3.54. Normal vəziyyətdə təkrarlayıcı işıqforların siqnal işıqları yanmır və bu vəziyyətdə siqnal işıqforları əhəmiyyət kəsb etmir.
3.55. Siqnal işıqforları ilə təchiz edilmiş dəmiryol stansiyasında dayanan sərnişin qatarın hərəkətə gətirilməsinə təkrarlayıcı işıqforda yaşıl işıq yandıqda yol verilir. Nasaz təkrarlayıcı (və ya çıxış) işıqforun keçilməsi manevr tələblərinə uyğun olaraq yerinə yetirilir.
3.56. Avtobloklama və avtomatik lokomotiv siqnalizasiyası ilə təchiz edilmiş sahələrdə lokomotiv işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.56.1. yaşıl işıq - "Hərəkətə icazə verilir, qatarın yaxınlaşdığı yol işıqforunda yaşıl işıq yanır" (1 nömrəli əlavə, şəkil 56);
3.56.2. sarı işıq - "Hərəkətə icazə verilir, qatarın yaxınlaşdığı yol işıqforunda bir və ya iki sarı işıq yanır" (1 nömrəli əlavə, şəkil 57);
3.56.3. qırmızı ilə sarı işıq - "Dayanmağa hazır olmaqla hərəkətə icazə verilir, qatarın yaxınlaşdığı yol işıqforunda qırmızı işıq yanır" (1 nömrəli əlavə, şəkil 58);
3.56.4. qırmızı işıq - yol işıqforunun qırmızı işığını keçdikdə yanır (1 nömrəli əlavə, şəkil 59).
3.57. Lokomotiv işıqforunda ağ rəng göstərir ki, lokomotiv qurğuları qoşuludur, lakin yol işıqforlarının göstəriciləri lokomotiv işıqforuna ötürülmür və maşinist yalnız yol işıqforlarının göstəricilərini rəhbər tutmalıdır (1 nömrəli əlavə, şəkil 60).
3.58. Lokomotiv işıqforu ilə, həmçinin aşağıdakıları bildirən siqnallar verilir:
3.58.1. yaşıl işıq - qatarın bir yanıb-sönən (qırpınan) sarı işıqlı, bir yanıb-sönən (qırpınan) yaşıl işıqlı və ya bir sarı və bir yaşıl işıqlı və işıqforu təyin edilmiş sürətlə keçməyə icazə verən digər siqnal göstəriciləri olan yol işıqforuna yaxınlaşmasını;
3.58.2. sarı işıq - qatarın tələb olunan tormoz yolu uzunluğunun təmin edilmədiyi blok-sahəni çəpərləyən bir sarı işıqlı və bir yaşıl işıqlı, yuxarıdakı yanıb-sönən (qırpınan) iki sarı işıqlı yol işıqforuna, həmçinin işıqforu aşağı sürətlə keçməyi tələb edən digər siqnal göstəriciləri olan yol işıqforuna yaxınlaşmasını.
3.59. Qatarlar hərəkət etdiyi hallarda avtomat lokomotiv siqnalizasiyanın müstəqil siqnalizasiya və əlaqə vasitəsi kiimi tətbiq edilən sahələrdə lokomotiv işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.59.1. yaşıl işıq - "Hərəkətə təyin edilmiş sürətlə icazə verilir, qarşıda iki və daha çox blok-sahə boşdur";
3.59.2. sarı işıq - "Hərəkətə aşağı sürətlə icazə verilir, qarşıda bir blok-sahə boşdur";
3.59.3. sarı və qırmızı işıq birlikdə - "Hərəkətə dayanmağa hazır olmaqla icazə verilir, növbəti blok-sahə tutuludur".
3.60. Qatar tutulu blok-sahəyə daxil olduqda lokomotiv işıqforunda qırmızı işıq yanır.
3.61. Ağ işıq lokomotiv qurğusunun qoşulu olduğunu və dəmir yolundan siqnalların lokomotivə ötürülmədiyini bildirir.
3.62. Yol işıqforuna yaxınlaşdıqda lokomotiv işıqforları bu Təlimatın 3.56-3.58-ci bəndlərində göstərilmiş siqnalları verir.
3.63. Avtobloklama və qatarlar hərəkət etdiyi hallarda müstəqil siqnalizasiya və əlaqə vasitəsi qismində istifadə edilən avtomatik lokomotiv siqnalizasiyası ilə təchiz edilmiş sahələrdə, çoxgöstəricili avtomatik lokomotiv siqnalizasiya qurğuları tətbiq edilə bilər. (1 nömrəli əlavə, şəkil 61). Həmin qurğuların tətbiqinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.64. Qeyri-ümumi istifadəli dəmir yollarında olan giriş (çıxış) işıqforları ilə aşağıdakı siqnallar verilir:
3.64.1. bir sarı işıq - "İstehsalat sahəsinə girməyə (və ya oradan çıxmağa) icazə verilir" (1 nömrəli əlavə, şəkil 62);
3.64.2. qırmızı işıq - "Dayan! İstehsalat sahəsinə girmək (və ya ordan çıxmaq) qadağandır!" (1 nömrəli əlavə, şəkil 63).
3.65. Texnoloji işıqforlarla aşağıdakı siqnallar verilir:
3.65.1. bir sarı işıq - "Qeyri-ümumi istifadəli dəmir yollarında yerləşən obyektə vaqonları dayandırmağa hazır olmaqla verilməsinə icazə verilir" (1 nömrəli əlavə, şəkil 64);
3.65.2. qırmızı işıq - "Dayan!" (1 nömrəli əlavə, şəkil 65);
3.65.3. işıqforun əks tərəfində quraşdırılmış bir dümağ işığı - "Qeyri-ümumi istifadəli dəmir yollarında yerləşən obyektdən vaqonların götürülməsinə icazə verilir" (1 nömrəli əlavə, şəkil 66).
3.66. Qeyri-ümumi istifadəli dəmir yollarında qırmızı işıqla eyni vaxtda yanan bir dümağ işığı siqnalın tətbiqinə icazə verilir. Həmin siqnalın verilməsi vaqonların obyektdən götürülməsini bildirir.
3.67. Giriş (çıxış) və texnoloji işıqforların göstəricilərinə səs və işıq siqnalları əlavə edilir. Həmin siqnalların idarə və istifadə edilməsinə dair tələblər qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.68. Fəaliyyət göstərməyən işıqforlar iki planka ilə çarpazlanmalı və siqnal işıqları söndürülməlidir (1 nömrəli əlavə, şəkil 67).
3.69. Fəaliyyət göstərməyən işıqforların işıqlarının müvəqqəti qoşulmasının yoxlanılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
4. Dəmiryol nəqliyyatında çəpərləmə siqnalları
4.1. Sarı rəngli disklə "Sürəti azaltmaqla və "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" siqnal nişanları ilə çəpərlənmiş təhlükəli yeri keçməyə hazır olmaqla, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təyin edilmiş sürətlə hərəkətə yol verilir" siqnalı verilir (1 nömrəli əlavə, şəkil 68).
4.2. Yaşıl rəngli disklə "Qatar təhlükəli yeri keçdi" siqnalı verilir (1 nömrəli əlavə, şəkil 69). Biryollu sahələrdə maşinist həmin siqnalı hərəkət istiqamətinin sol tərəfində görür.
4.3. İnfrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilən və sürətin daimi azaldılmasını tələb edən yerlər, təhlükəli yerin sərhədindən hər iki tərəfə ümumi istifadəli dəmir yollarında 50 metr, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metr məsafədə "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" siqnal nişanları ilə çəpərlənir (1 nömrəli əlavə, şəkillər 95, 96). Belə siqnal nişanlarından sonra ümumi istifadəli dəmir yollarında bu Təlimatın 2 nömrəli əlavəsində göstərilmiş cədvəlin üçüncü sütununda göstərilən A məsafəsində mənzilin rəhbər mailliyindən və qatarların icazəverilən maksimal hərəkət sürətindən asılı olaraq, sürətin azaldılması daimi siqnalı, qeyri-ümumi istifadəli dəmir yollarında isə onun sahibinin müəyyən etdiyi tormoz yolu uzunluğu məsafəsində (bundan sonra - "T" məsafəsi) sürətin azaldılması siqnalları quraşdırılır.
4.4. Bu Təlimatın 1 və 2 nömrəli əlavələrindəki sxemlərdə və cədvəldə göstərilən məsafələrə ciddi riayət olunmalıdır.
4.5. İnfrastruktur sahibinin sürətin azaldılmasının daimi diskləri, "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" siqnal nişanları biryollu sahədə bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 70-ci, ikiyollu sahənin dəmir yollarının birində - bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 71-ci, ikiyollu sahənin hər iki dəmir yolunda bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 72-ci, qeyri-ümumi istifadəli dəmir yollarında isə bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 73-cü, 74-cü və 75-ci şəkillərdə göstərilmiş sxemlərə uyğun olaraq quraşdırılır.
4.6. Daşınabilən siqnallara aşağıdakılar aiddir:
4.6.1. hər iki tərəfi qırmızı rəngdə və ya bir tərəfi qırmızı, digər tərəfi isə ağ rəngdə olan düzbucaqlı formalı lövhə;
4.6.2. sarı rəngdə kvadrat formalı lövhə (əks tərəfi yaşıl rəngdə);
4.6.3. ağac dirək üzərində qırmızı işıqlı fənər və ya qırmızı bayraq.
4.7. Daşınabilən siqnallarla aşağıdakı tələblər verilir:
4.7.1. gündüz vaxtı qırmızı rəngli düzbucaqlı lövhə (yaxud dirək üzərində qırmızı bayraq), gecə vaxtı isə ağac dirəkdə fənərin qırmızı işığı - "Dayan! Siqnalı keçmək qadağandır!" (1 nömrəli əlavə, şəkil 76);
4.7.2. gündüz və gecə vaxtlarında təhlükəli yerlərdə aşağıdakıları bildirən sarı rəngli kvadrat formalı lövhə qoyulur (1 nömrəli əlavə, şəkil 77):
4.7.2.1. mənzildə aşağı sürətlə hərəkətə icazə verilir, qarşıda dayanmağı və ya aşağı sürətlə hərəkət etməyi tələb edən təhlükəli yer mövcuddur;
4.7.2.2. dəmiryol stansiyasının baş dəmir yolunda aşağı sürətlə hərəkətə icazə verilir, qarşıda aşağı sürətlə hərəkət etməyi tələb edən təhlükəli yer mövcuddur;
4.7.2.3. dəmiryol stansiyasının digər dəmir yollarında xəbərdarlıqda təyin edilən sürətlə siqnalın keçilməsinə, xəbərdarlıq olmadıqda isə ümumi istifadəli dəmir yollarında saatda 25 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmayan sürətlə hərəkət etməyə yol verilir.
4.8. Gündüz və gecə vaxtlarında kvadrat formalı lövhənin əks tərəfi (yaşıl rəng) onu göstərir ki, mənzildə və dəmiryol stansiyasının baş dəmir yolunda qatarın maşinisti bütün tərkiblə təhlükəli yerdən keçdikdən sonra müəyyən edilmiş həddə sürəti artırmaq hüququna malikdir (1 nömrəli əlavə, şəkil 78).
4.9. Mənzildə qatarların hərəkəti üçün bütün maneələr, qatarın gəlməsinin gözlənilməsindən asılı olmayaraq "Dayan" siqnalı ilə çəpərlənir.
4.10. Mənzildə qatarların dayandırılmasını tələb edən işlərin aparıldığı yerlər maneələrərin çəpərlənməsi üzrə tələblərə uyğun olaraq çəpərlənir.
4.11. Mənzildə maneələr çəpərlənən sahənin sərhədindən hər iki tərəfə ümumi istifadəli dəmir yollarında 50 metr, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metr məsafədə daşınan (səyyar) qırmızı siqnallarla çəpərlənir. Bu siqnallardan ümumi istifadəli dəmir yollarında bu Təlimatın 2 nömrəli əlavəsində göstərilmiş cədvəlin 4-cü qrafasında göstərilən B məsafəsində mənzildəki rəhbər maillikdən və qatarların icazəverilən maksimal hərəkət sürətindən asılı olaraq üç taraqqa qoyulur və iş yerinə yaxın qoyulmuş birinci taraqqadan qatar gözlənilən tərəfə 200 metr, qeyri-ümumi istifadəli dəmir yollarında isə "T" məsafəsində sürətin azalmasını tələb edən daşınabilən siqnal quraşdırılır.
4.12. Qeyri-ümumi istifadəli dəmir yollarında vaqonlarla irəli hərəkət edildiyi hallarda daşınabilən siqnalların quraşdırılma məsafəsi həmin sahədə hərəkət edən qatarın uzunluğuna uyğun olaraq artırılır.
4.13. Ümumi istifadəli dəmir yollarında maneələr və işlərin aparıldığı yerlər biryollu sahədə bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 79-cu, ikiyollu sahənin bir dəmir yolunda bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 80-ci, ikiyollu sahənin hər iki dəmir yolunda bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 81-ci, qeyri-ümumi istifadəli dəmir yollarında isə bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 82-ci, 83-cü və 84-cü şəkillərdə göstərilmiş sxemlərə uyğun olaraq çəpərlənir.
4.14. Daşınabilən sürəti azaltma siqnalları və taraqqalar, ümumi istifadəli dəmir yollarında birinci taraqqadan, qeyri-ümumi istifadəli dəmir yollarında isə sürəti azaltma siqnalları iş yerinə (maneə yerinə) tərəf 20 metr məsafədə, duran əlində qırmızı siqnal tutan siqnalçının mühafizəsi altında olmalıdır. Daşınabilən qırmızı siqnallar iş rəhbərinin nəzarəti altında olmalıdır.
4.15. İşlərin aparılma yeri geniş əhatəli olduqda (200 metrdən çox), həmin yer göstərilmiş müvafiq sxemə uyğun olaraq çəpərlənir (1 nömrəli əlavə, şəkil 85). Çəpərlənməsi tələb olunan sahənin sərhədindən ümumi istifadəli dəmir yollarında 50 metr, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metr məsafədə hər iki tərəfdə quraşdırılan daşınabilən qırmızı siqnallar əlində qırmızı siqnal tutan siqnalçının mühafizəsi altında olmalıdır.
4.16. Mənzildəki maneə yeri və ya işlərin aparıldığı yer dəmiryol stansiyasının yaxınlığında yerləşdikdə və bu yeri çəpərləmək mümkün olmadıqda, mənzil tərəfdən çəpərləmə bu Təlimatın 4.9-4.21-ci bəndlərinə uyğun olaraq stansiya tərəfdən isə giriş işıqforunun, yaxud "Dəmiryol stansiyasının sərhədi" siqnal nişanının əks tərəfində dəmir yolu oxunda daşınabilən qırmızı siqnal quraşdırılmaqla yerinə yetirilir. Belə hallarda ümumi istifadəli dəmir yollarında siqnalçıların mühafizəsi altında üç taraqqa qoyulur (1 nömrəli əlavə, şəkil 86), qeyri-ümumi istifadəli dəmir yollarında isə taraqqa qoyulmur (1 nömrəli əlavə, şəkil 87). Maneə yeri və ya işlərin aparılma yeri giriş işıqforundan, yaxud "Dəmiryol stansiyasının sərhədi" siqnal nişanından 60 metrdən az məsafədə yerləşdikdə, stansiya tərəfdən taraqqalar qoyulmur, qeyri-ümumi istifadəli dəmir yollarında isə sürətin azaldılması üçün daşınabilən siqnallar quraşdırılmır. Giriş işıqforu qarşısında maneə ümumi istifadəli dəmir yollarında və qeyri-ümumi istifadəli dəmir yollarında müvafiq sxemlərə uyğun olaraq çəpərlənir (1 nömrəli əlavə, şəkillər 86, 87).
4.17. Qeyri-ümumi istifadəli dəmir yollarında mənzillərdə qatarların hərəkət sürətinin azaldılmasını tələb etməklə işlərin aparılması üçün maneə yerləri, çəpərlənmə sahəsinin sərhədlərindən "T" məsafəsində daşınabilən sürət azaltma siqnalları ilə çəpərlənir.
4.18. Sürətin azaldılması siqnalı biryollu mənzil üçün bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 88-ci şəkildə, ikiyollu mənzilin bir dəmir yolu üçün 89-cu şəkildə, ikiyollu mənzilin hər iki dəmir yolu üçün isə 90-cı şəkildə göstərilmiş sxemlərə uyğun olaraq quraşdırılır.
4.19. Qatar daşınabilən sarı siqnala yaxınlaşdıqda lokomotivin, motor-vaqonlu qatarın, özügedən xüsusi dəmiryol hərəkət tərkibinin maşinisti bir uzun fit verməli, əlində qırmızı siqnal tutmuş siqnalçıya yaxınlaşdıqda isə dayanma siqnalı verməli və daşınabilən qırmızı siqnalı keçmədən qatarın dərhal dayandırılması üçün tədbir görməlidir.
4.20. Dəmiryol nəqliyyatının digər işçilərindən fərqləndirilmək üçün siqnalçılar üstü sarı rəngli baş geyimində olmalıdırlar.
4.21. Çoxyollu mənzillərdə qatarların hərəkəti üçün yaranan maneə yerləri və işlərin aparılma yerləri infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq çəpərlənir.
4.22. Mənzildə qəflətən maneələr yarandıqda və belə hallarda daşınabilən siqnallar olmadıqda, dərhal maneə yerində gündüz vaxtı qırmızı bayraq, gecə vaxtı isə qırmızı işıqlı fənər və ümumi istifadəli dəmir yollarında rəhbər maillikdən və qatarların icazə verilən sürət həddindən asılı olaraq bu Təlimatın 2 nömrəli əlavəsində göstərilmiş cədvəlin 4-cü qrafasında göstərilən B məsafəsində hər iki tərəfdən üç taraqqa, qeyriümumi istifadəli dəmir yollarında isə gözlənilən qatar tərəfdən "T" məsafəsində dayanma siqnalı qoyulur (1 nömrəli əlavə, şəkil 91).
4.23. Taraqqalar infrastruktur və ya qeyri-ümumi istifadəli dəmir yolları bölmələrinin işçiləri tərəfindən mühafizə olunmalı və onlar birinci taraqqadan maneə yerinə tərəf 20 metr məsafədə qırmızı əl siqnalları ilə dayanmalıdırlar.
4.24. Siqnallar ilk növbədə gözlənilən qatar tərəfdən quraşdırılır. Biryollu sahələrdə qatarın hansı tərəfdən gəlməsi məlum olmadıqda siqnallar ilk növbədə çəpərlənən yerə enişi olan tərəfdən, düz sahədə isə əyri və ya qazma olan tərəfdən quraşdırılmalıdır.
4.25. İşçilərin qəflətən yaranmış maneələrin çəpərlənməsi ilə əlaqədar fəaliyyətinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
4.26. Qatarların yalnız bələdçi ilə keçə biləcəkləri (saatda 15 kilometrdən az sürətlə), həmçinin ikiyollu sahələrdə dəmir yollarının eyni səviyyədə şaxələnmə yerləri hərəkətə maneə yaradan yer qismində çəpərlənir, lakin taraqqalar qoyulmur. Bu siqnalların quraşdırılması barədə qatarlara yazılı xəbərdarlıq verilir.
4.27. Xəbərdarlıq verilməyən qatarı bələdçi ilə buraxmaq üçün taraqqanın quraşdırılması tələb olunur.
4.28. Qatarların bələdçi ilə buraxılması uzun müddətə nəzərdə tutulduqda, daşınabilən qırmızı siqnalları qarşısına xəbərdarlıq işıqforu quraşdırmaqla, bağlı vəziyyətdə saxlanılan qoruyucu (daldalanacaq) işıqforlarla əvəz etməyə yol verilir (1 nömrəli əlavə, şəkil 92).
4.29. Qoruyucu (daldalanacaq) işıqforların quraşdırılması yerləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
4.30. Çəpərlənmiş yerlərin hər iki tərəfində yol postları açıldıqda, bu postlar arasında qatarların hərəkəti tətbiq edilən siqnalizasiya və əlaqə vasitələrindən biri ilə bələdçi olmadan aparılır. Tələb olunduqda qatarların çəpərlənmiş yerdən müəyyən edilmiş hərəkət sürəti ilə keçməsinə nəzarət üçün bələdçi təyin edilir.
4.31. Bütün hallarda üç ədəd taraqqa qoyulur, onlardan ikisi qatarın hərəkəti istiqamətində dəmir yolunun sağ relsinə, biri isə sol relsinə (1 nömrəli əlavə, şəkil 91). Taraqqalar arasında məsafə 20 metr olmalıdır.
4.32. Daşınabilən sürətin azaldılması siqnalları, "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" siqnal nişanları ümumi istifadəli dəmir yollarında bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 70-ci, 71-ci, 72-ci, qeyri-ümumi istifadəli dəmir yollarında isə 73-cü, 74-cü, 75-ci şəkillərdə göstərilmiş sxemlərə uyğun olaraq quraşdırılır.
4.33. Mənzildə sürətin azaldılması tələb olunan yer dəmiryol stansiyasının yaxınlığında yerləşdikdə və onu çəpərləmək mümkün olmadıqda, o, mənzil tərəfdən bu Təlimatın 4.32-4.36-cı bəndləri ilə müəyyən edilmiş tələblərə, stansiya tərəfdən isə ümumi istifadəli dəmir yollarında bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 93-cü, qeyri-ümumi istifadəli dəmir yollarında isə 94-cü şəkildə göstərilmiş sxemlərə uyğun olaraq çəpərlənir.
4.34. Daşınabilən sarı siqnala yaxınlaşdıqda lokomotivin, motor-vaqonlu qatarın, özügedən xüsusi dəmiryol hərəkət tərkibinin maşinisti bir uzun siqnal verməli və qatarı elə idarə etməlidir ki, "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" daşınabilən siqnal nişanları ilə çəpərlənmiş yeri xəbərdarlıqda göstərilən sürətlə, xəbərdarlıq olmadıqda isə ümumi istifadəli dəmir yollarında saatda 25 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmayan sürətlə keçsin.
4.35. "Təhlükəli yerin sonu" siqnal nişanı "Təhlükəli yerin başlanğıcı" nişanının əks tərəfində yerləşdirilir.
4.36. Stansiya dəmir yollarında və çoxyollu mənzillərdə daşınabilən sürətin azaldılması siqnallarının, "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" siqnal nişanlarının qısaldılmış dirəklərlə də tətbiq edilməsinə yol verilir.
4.37. Dəmir yolunda dayanma və ya sürətin azaldılması siqnalları ilə çəpərləməsi tələb edilməyən, lakin qatarın yaxınlaşması barədə işçilərin xəbərdar edilməsini tələb edən işlərin aparıldığı yerlər daşınabilən "C"- fit vermə siqnal nişanları ilə çəpərlənir və onlar işlərin aparıldığı dəmir yolunda, həmçinin hər bir yanaşı baş dəmir yolunda quraşdırılır (1 nömrəli əlavə, şəkil 97). Qeyri-ümumi istifadəli dəmir yollarında işlərin aparılması yerlərindən "C" siqnal nişanınadək məsafə "T" məsafəsinə bərabərdir.
4.38. Dayanma və ya sürətin azaldılması siqnalları ilə çəpərlənmiş yerlərdə işlər aparıldıqda yanaşı baş dəmir yollarında daşınabilən "C" siqnal nişanları bu Təlimatın 4.37-ci bəndi ilə müəyyən edilmiş tələblərə uyğun olaraq quraşdırılır (1 nömrəli əlavə, şəkillər 80, 86, 87, 88, 89, 90) .
4.39. Qatarların hərəkət sürəti saatda 120 kilometrdən çox olan mənzillərdə daşınabilən "C" siqnal nişanları işlərin aparıldığı sahənin sərhədindən 800-1500 metr məsafədə quraşdırılır.
4.40. Stansiya dəmir yollarında və yoldəyişənlərdə hərəkət üçün maneələr qatarın (manevr tərkibinin) gözlənilməsindən asılı olmayaraq, dayanma siqnalları ilə çəpərlənməlidir.
4.41. Stansiya dəmir yollarında maneə yerinin və ya işlərin aparıldığı yerin dayanma siqnalları ilə çəpərləndiyi hallarda həmin yerə aparan bütün yoldəyişənlər elə istiqamətə çevrilməlidir ki, dəmiryol hərəkət tərkibi göstərilən yerə girə bilməsin və onlar kilidlənir və ya pərçim çivləri ilə tikilir. Maneə yerində və ya işlərin aparıldığı yerdə dəmir yolunun oxuna daşınabilən qırmızı siqnal quraşdırılır (1 nömrəli əlavə, şəkil 98).
4.42. Yoldəyişənlərdən hər hansı birinin tiyələri maneə yerinə, yaxud işlərin aparıldığı yerə tərəf istiqamətləndikdə və dəmir yolunu çəpərləməyə imkan vermədikdə belə yer maneə və ya işlərin aparıldığı yerlərdən ümumi istifadəli dəmir yollarında 50 metr məsafədə, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metr məsafədə hər iki tərəfdən daşınabilən qırmızı siqnallarla çəpərlənir (1 nömrəli əlavə, şəkil 99). Maneə və ya işin aparılma yeri, ümumi istifadəli dəmir yollarında yoldəyişənlərin tiyələri 50
metrdən az məsafədə, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metrdən az məsafədə yerləşdikdə, bu yoldəyişənlərin hər birinin tiyələri arasında daşınabilən qırmızı siqnal quraşdırılır (1 nömrəli əlavə, şəkil 100).
4.43. Maneə və ya işlərin aparılma yerləri yoldəyişənlərin üzərində olduqda, çəpərləmə çarpaz tərəfdən - hüdud dirəkciyinin bərabərində birləşən hər bir dəmir yolunun oxu üzərində, əks tərəfdən ümumi istifadəli dəmir yollarında yoldəyişənin tiyəsindən 50 metr məsafədə, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metr məsafədə daşınabilən qırmızı siqnallar quraşdırmaqla həyata keçirilir (1 nömrəli əlavə, şəkil 101).
4.44. Çəpərlənməli olan yoldəyişənin yaxınlığında başqa yoldəyişən olduqda və onu, dəmiryol hərəkət tərkibinin maneə olan yoldəyişənin üstünə çıxmasını istisna etmə vəziyyətinə qoymaq mümkündürsə, həmin yoldəyişən bu vəziyyətdə kilidlənir və ya pərçim çivi ilə tikilir. Belə hallarda izolyasiya edən yoldəyişən tərəfdən daşınabilən qırmızı siqnal qoyulmur (1 nömrəli əlavə, şəkil 102).
4.45. Yoldəyişəni göstərilən vəziyyətdə qoymaq mümkün olmadıqda maneə və ya işlərin aparıldığı yerdən bu yoldəyişən istiqamətində ümumi istifadəli dəmir yollarında 50 metr, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metr məsafədə daşınabilən qırmızı siqnal quraşdırılır (1 nömrəli əlavə, şəkil 101).
4.46. Maneə və ya işlərin aparıldığı yer giriş yoldəyişənin üzərində olduqda, həmin yer mənzil tərəfdən bağlı giriş siqnalı ilə, stansiya tərəfdən isə hüdud dirəkciyinin bərabərində birləşən dəmir yollarının hər birinin oxunda qoyulan daşınabilən qırmızı siqnallarla çəpərlənir (1 nömrəli əlavə, şəkil 103).
4.47. Maneə və ya işlərin aparıldığı yer giriş yoldəyişəni və giriş siqnalı arasında yerləşdikdə, həmin yer mənzil tərəfdən bağlı giriş siqnalı ilə, stansiya tərəfdən isə giriş yoldəyişənin tiyələri arasında qoyulan daşınabilən qırmızı siqnalla çəpərlənir (1 nömrəli əlavə, şəkil 104).
4.48. Yoldəyişən postun növbətçisi yoldəyişən qurğuda maneə aşkar etdikdə təmir başlayanadək dərhal maneə yerinə bir daşınabilən qırmızı siqnal quraşdırır və bu barədə dəmiryol stansiyasının stansiya növbətçisinə (bundan sonra - stansiya növbətçisi) məlumat verir.
4.49. Dəmiryol stansiyasının baş dəmir yolunda sürətin azaldılmasını tələb edən yer daşınabilən "Sürəti azalt" siqnalı, həmçinin "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" siqnal nişanları ilə çəpərlənir (1 nömrəli əlavə, şəkillər 105, 106).
4.50. Sürətin azaldılmasını tələb edən yer dəmiryol stansiyasının digər dəmir yollarında olduqda, bu yer yalnız daşınabilən "Sürəti azalt" siqnalı ilə çəpərlənir (1 nömrəli əlavə, şəkil 107).
4.51. Yoldəyişənləri və işıqforları elektrik mərkəzləşməsi ilə təchiz edilməyən qeyri-ümumi istifadəli stansiyalarda qatar dəmiryol stansiyasının boğazlığında dayandıqda və yanaşı (birləşən) dəmir yollarına keçid olmadıqda (stansiya dəmiryol xətlərinin oxları arasında müəyyən edilən məsafə), həmin dəmir yollarından bütün çıxışlar dayanma siqnalları ilə çəpərlənir (1 nömrəli əlavə, şəkil 108).
4.52. Dəmiryol stansiyasının dəmir yollarında təmir edilən vaqonlar, ayrıca dəmir yollarında dayanan Isinif təhlükəli yüklü (partlayıcı materiallar-PM) vaqonlar və sərnişin vaqonları, ümumi istifadəli dəmir yollarında 50 metr, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metr məsafədən az olmayaraq (girişli-çıxışlı dəmir yollarında hər iki tərəfdən, dalan dəmir yollarında isə yoldəyişən tərəfdən) dəmir yolunun oxuna quraşdırılmış daşınabilən siqnallarla çəpərlənir.
4.53. Sonuncu vaqon hüdud dirəkciyindən ümumi istifadəli dəmir yollarında 50 metrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metrdən az məsafədə dayandıqda, daşınabilən qırmızı siqnal hüdud dirəkciyinin bərabərində dəmir yolunun oxuna quraşdırılır.
4.54. Yoldəyişənləri və işıqforları elektrik mərkəzləşməsi ilə təchiz edilən qeyriümumi istifadəli stansiyalarda vaqonların təmizləndiyi, kommersiya nasazlıqlarının aradan qaldırıldığı, vaqonların açılmadan təmiri və texniki baxış keçirildiyi dəmir yolları hərəkət tərkibinin girişini istisna edən çəpərləmə qurğuları ilə təchiz edilir.
4.55. Vaqonlara texniki xidmət göstərildikdə və onların təmiri aparıldıqda hərəkət tərkiblərinin mərkəzləşdirilmiş çəpərlənmə qurğularının tətbiq edilməsinə yol verilir. Yerli şəraitdən asılı olaraq hərəkət tərkibinə və ayrı-ayrı vaqon qruplarına texniki xidmətin göstərildiyi və təmirin aparıldığı hallarda onların çəpərlənməsinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
4.56. Sərnişin qatarı mənzildə məcburi dayandıqda aşağıdakı hallarda sonuncu vaqonun bələdçisi maşinistin göstərişi ilə qatarı çəpərləyir:
4.56.1. bərpa və ya yanğın qatarının, həmçinin köməkçi lokomotivin tələb edildiyi hallarda kömək quyruq tərəfdən edildikdə;
4.56.2. qatar bütün siqnalizasiya və əlaqə vasitələrinin fəaliyətində fasilənin olduğu hallarda, ikiyollu mənzilin düzgün dəmir yolları ilə və ya biryollu mənzilə onun arxasınca başqa qatarın göndərilməsi barədə bildirişlə göndərildikdə.
4.57. Dayanan qatarı çəpərləyən sonuncu sərnişin vaqonunun bələdçisi əl tormozunu işə salmalı, qatarın quyruğundan 800 metr məsafədə taraqqaları qoymalı və bundan sonra taraqqaların qoyulduğu yerdən 20 metr məsafədə geriyə qatara tərəf getməli və mənzil tərəfə qırmızı əl siqnalı göstərməlidir (1 nömrəli əlavə, şəkil 109).
4.58. Digər qatarlar mənzildə məcburi dayandıqda onlar yalnız o halda çəpərlənir ki, qatar bütün siqnalizasiya və əlaqə vasitələrinin işində fasilənin olduğu hallarda ikiyollu mənzilin düzgün dəmir yolları ilə və ya biryollu mənzilə onların arxasınca başqa qatarın göndərilməsi barədə bildirişlə göndərilmiş olsun. Belə hallarda çəpərləməni maşinist köməkçisi aparmalı, qatar dayandıqdan sonra o, dərhal qatarın quyruq tərəfinə getməli, qatarın son siqnalının olub-olmamasını yoxlamalı, mənzili müşahidə etməli və arxadan qatar gəldikdə onun dayandırılması üçün tədbir görməlidir.
4.59. Dayanan qatara kömək baş hissəsindən göstərildiyi hallarda bərpa və ya yanğın qatarı, yaxud köməkçi lokomotiv yaxınlaşdıqda aparıcı lokomotivin maşinisti ümumi həyəcan siqnalı verməli, gecə vaxtı və əlverişsiz görüntü şəraitində gündüz projektoru yandırmalıdır.
4.60. Mənzildə dayanan sərnişin qatarının quyruğunu çəpərləyən vaqon bələdçisi yalnız bərpa və ya yanğınsöndürən qatarı və ya köməkçi lokomotivin yaxınlaşmasından və dayanmasından sonra və ya sərnişin qatarının dayandığı yerə yaxınlaşan digər işçiyə çəpərlənməni təhvil verdikdən sonra öz qatarının yanına qayıda bilər.
4.61. Bütün siqnalizasiya və əlaqə vasitələrinin işində fasilənin olduğu hallarda göndərilmiş qatarın quyruğunda olan maşinist köməkçisi öz lokomotivinə yalnız ardınca gələn qatarın yaxınlaşmasından və dayanmasından və ya maşinistin çəpərlənməyə daha ehtiyac olmadığını bildirən lokomotiv fiti ilə siqnal verilməsindən sonra qayıda bilər.
4.62. Sərnişin qatarının avtobloklama ilə təchiz edilmiş sahələrdə mənzildə dayandığı hallarda, sonuncu sərnişin vaqonunun bələdçisi vaqonun arxa tərəfindəki qatar siqnallarının görüntüsünü yoxlamalı, mənzili diqqətlə müşahidə etməli və ardınca qatar gəldikdə isə onun dayandırılması üçün tədbir görməlidir.
4.63. İkiyollu və ya çoxyollu mənzildə hərəkət tərkibinin relsdən çıxması, toqquşması, yükün dağılması və digər səbəbdən qatar məcburi dayandlqda və qonşu (yanaşı) dəmir yolundakı qatarların hərəkətinə maneə yerinin çəpərlənməsi tələb olunduqda maşinist ümumi həyəcan siqnalı verir.
4.64. Bu Təlimatın 4.63-cü bəndində nəzərdə tutulmuş hallarla əlaqədar sərnişin qatarı dayandıqda qatarın çəpərlənməsi, baş hissəsi tərəfdən maşinist köməkçisi, quyruq hissəsi tərəfdən isə sonuncu sərnişin vaqonunun bələdçisi tərəfindən qatarın baş və quyruq hissələrindən 1000 metr məsafədə taraqqalar qoymaqla yerinə yetirilir (1 nömrəli əlavə, şəkil şəkil 110).
4.65. Bu Təlimatın 4.64-cü bəndində qeyd edilənlərlə yanaşı sərnişin qatarının maşinisti mövcud rabitə vasitələrindən istifadə etməklə baş verənlər barədə qatar dispetçerinə və ya mənzili məhdudlaşdıran stansiya növbətçilərinə, həmçinin yanaşı dəmir yolunda hərəkət edən lokomotivin maşinistinə məlumat verir.
4.66. Qeyri-ümumi istifadəli dəmir yollarında qatar qatar tərtibatçısının müşayiəti ilə hərəkət etdikdə, maneə yerinin çəpərlənməsi "T" məsafəsinə uzaqlaşmaqla qatarın başı tərəfdən maşinist köməkçisi, quyruğu tərəfdən isə qatar tərtibatçısı tərəfindən yerinə yetirilir və onlar mənzil tərəfə qırmızı əl siqnalı göstərirlər. Qatar tərtibatçı ilə müşayiət edilmədikdə yanaşı dəmir yolunda maneə yeri "T" məsafəsində qatarın gözlənildiyi istiqamətdən maşinist köməkçisi tərəfindən çəpərlənir. Qatarın maşinisti qatarın düzgün olmayan dəmir yolları ilə göndərilməsi barədə məlumat aldıqda, maneənin əks tərəfdən çəpərlənməsi üçün lokomotivin fiti ilə maşinist köməkçisini çağırır.
4.67. Bu Təlimatın 4.64-cü bəndində göstərilən qatarlar istisna olmaqla digər qatarlar dayandırıldıqda maneə yeri yanaşı dəmir yolunda qatar gözlənilən istiqamətdə maneə yerindən 1000 metr məsafədə maşinist köməkçisi tərəfindən taraqqalar düzülməklə çəpərlənir (1 nömrəli əlavə, şəkil 111). Qatarın baş hissəsi maneə yerindən 1000 metrdən daha çox məsafədə olduqda, yanaşı dəmir yolunda taraqqalar lokomotiv bərabərində düzülür. Qatarın maşinisti yanaşı dəmir yolu ilə düzgün olmayan istiqamətdə qatarın göndərilməsi barədə məlumat aldıqda radiorabitə vasitəsilə, yaxud lokomotivin fiti ilə taraqqaların elə həmin məsafədə maneə yerindən əks tərəfə düzülməsi üçün maşinist köməkçisini çağırır, qeyri-ümumi istifadəli dəmir yollarında isə maneə yerindən əks tərəfə çəpərlənməlidir.
4.68. Sərnişin qatarlarının saatda 120 kilometrdən çox sürətlə hərəkət etdiyi sahələrdə taraqqaların düzülməli olduqları məsafə infrastruktur sahibi tərəfindən müəyyən edilir.
4.69. Taraqqaları düzdükdən sonra maşinist köməkçisi və vaqon bələdçisi taraqqaların düzüldükləri yerdən 20 metr məsafəyə geriyə qatar tərəfə çəkilməli və yaxınlaşmaqda olan qatar tərəfə qırmızı siqnal göstərməlidirlər .
4.70. Mənzildə məcburi dayanan qatarın başı və quyruğunun, həmçinin ikiyollu və ya çoxyollu mənzilin yanaşı dəmir yollarında qatarların hərəkətinə maneə yaradan yerin çəpərlənməsi üçün aparıcı lokomotivin maşinistinin göstərişi ilə lokomotiv briqadasının işçilərinin, sərnişin vaqonlarının bələdçilərinin və konduktorların cəlb edilməsinə yol verilir.
4.71. Mənzildə məcburi dayanan qatarın başı və quyruğunun, həmçinin ikiyollu və ya çoxyollu mənzilin yanaşı dəmir yollarında qatarların hərəkətinə maneə yaradan yerin çəpərlənməsinə infrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolu sahibinin müvafiq əmri ilə müəyyən edilmiş digər işçilərin cəlb edilməsinə yol verilir.
4.72. Sərnişin qatarlarının lokomotivlərinə tək maşinist tərətindən xidmət edildiyi hallarda qatar mənzildə məcburi dayandıqda, maşinistin radiorabitə vasitəsilə verdiyi göstəriş əsasında sərnişin qatarının çəpərlənməsi qatar rəisi (mexanik-briqadir) və vaqon bələdçiləri tərəfindən yerinə yetirilməlidir.
4.73. Tək maşinist tərəfindən xidmət olunan yük qatarları lokomotivlərinin tək maşinistlə xidmət edildiyi hallarda qatar mənzildə məcburi dayandıqda, onun çəpərlənməsi infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq yerinə yetirilir.
5. Dəmiryol nəqliyyatında əl siqnalları
5.1. Əl siqnalları ilə aşağıdakı tələblər edilir:
5.1.1. gündüz vaxtı açılmış qırmızı bayraqla, gecə vaxtı isə əl fənərinin "Dayan!
Hərəkət qadağandır!" qırmızı işığı ilə (1 nömrəli əlavə, şəkil 112). Gündüz vaxtı açılmış qırmızı bayraq, gecə vaxtı isə qırmızı işıqlı əl fənəri olmadıqda, dayan siqnalları gündüz vaxtı sarı bayrağın, əlin və ya istənilən əşyanın dairəvi hərəkəti, gecə vaxtı isə əl fənərinin hər hansı rəngli işığının dairəvi hərəkəti ilə verilir (1 nömrəli əlavə, şəkil 113);
5.1.2. gündüz vaxtı açılmış sarı bayraqla, gecə vaxtı əl fənərinin sarı işığı ilə - hərəkətə xəbərdarlıqda və ya infrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolu sahibinin göstərişi ilə müəyyən edilmiş sürətlə, bu göstəriş olmadıqda isə ümumi istifadəli dəmir yollarında saatda 25 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmayan sürətlə hərəkətə yol verilir (1 nömrəli əlavə, şəkil 114).
5.2. Əl fənərinin sarı işığının yalnız stansiya hüdudlarında tətbiq edilməsinə yol verilir. Gecə vaxtı sarı işıqlı əl fənəri olmadıqda, dəmiryol stansiyasında sürətin azaldılması siqnalı şəffaf-ağ işıqlı əl fənərinin yuxarı və aşağı yavaş hərəkəti ilə verilir (1 nömrəli əlavə, şəkil 115).
5.3. Mənzildə gecə vaxtı sürətin azaldılması siqnalı şəffaf-ağ işıqlı əl fənərinin yuxarı və aşağı yavaş hərəkəti ilə verilir (1 nömrəli əlavə, şəkil 115).
5.4. Avtotormozlar yoxlanıldığı hallarda aşağıdakı siqnal verilir:
5.4.1. maşinistdən sınaq tormozlanmasını aparmaq tələbi (şifahi xəbərdarlıqdan sonra) gündüz vaxtı şaquli qaldırılmış əl ilə, gecə vaxtı qaldırılmış şəffaf-ağ işıqlı əl fənəri ilə (1 nömrəli əlavə, şəkil 116). Maşinist lokomotivin bir qısa fiti ilə cavab verir və tormozlamağa başlayır;
5.4.2. maşinistdən tormozu buraxmaq tələbi gündüz vaxtı əlin qarşıda üfüqi hərəkəti ilə, gecə vaxtı isə eyni tələblərə uyğun olaraq şəffaf-ağ işıqlı əl fənəri ilə (1 nömrəli əlavə, şəkil 117). Maşinist lokomotivin iki qısa fiti ilə cavab verir və tormozu buraxır.
5.5. Avtotormozların yoxlanıldığı hallarda göstərişin verilməsi üçün radiorabitə və ya ikitərəfli park rabitəsi qurğuları tətbiq edilir.
5.6. Vəzifəsinə dəmiryol stansiyasından göndərilən və ya dayanmadan keçən qatarların müşayiəti həvalə edilmiş stansiya növbətçisi gündüz vaxtı əl ilə şaquli yuxarı qaldırılmış haşiyəsi qara zolaqlı ağ rəngli əl diski və ya sarı bükülü bayraq, gecə vaxtı yuxarı qaldırılmış əl fənərinin yaşıl işığı siqnallarını göstərir (1 nömrəli əlavə, şəkil 118). Həmin hal qatarın dəmiryol stansiyasından (çıxış siqnalları olmayan dəmir yollarından mənzilə çıxmaq üçün müvafiq icazə olduqda) yola düşə bilməsini, yaxud təyin edilmiş sürətlə dəmiryol stansiyasında dayanmadan hərəkətinin davamının mümkün olduğunu bildirir. Qatarın dayanmadan keçdiyi hallarda göstərilən siqnal gələn qatarın lokomotivi stansiya növbətçisinin yanından keçənədək göstərilir.
5.7. Qatarları qarşılamaq vəzifəsinin həvalə edildiyi stansiya növbətçisi qatarı dayandırmaq üçün gündüz vaxtı qırmızı əl diskini və ya açılmış qırmızı bayrağı, gecə vaxtı isə əl fənərinin qırmızı işığını göstərməlidir (1 nömrəli əlavə, şəkil 119).
5.8. Stansiya növbətçisi qrafik üzrə dayanacağa gəlib çatmış qatarı gündüz vaxtı əl ilə şaquli yuxarı qaldırılmış haşiyəsi qara zolaqlı ağ rəngli işıq əks etdirən disklə, gecə vaxtı isə yuxarı qaldırılmış ağ işıqlı əl fənəri ilə qarşılayır.
5.9. Stansiya növbətçisinin iş yerinin yoldəyişmə postuna köçürüldüyü dəmiryol stansiyasında stansiya növbətçisi qrafikdən asılı olmayaraq qatarı stansiyanın yan dəmir yoluna və ya dəmiryol stansiyasında dayanmaqla qəbul etdikdə gündüz vaxtı açılmış sarı bayrağı, gecə isə sarı işıqlı əl fənərini göstərir.
5.10. Siqnalçılar və yoldəyişmə postlarının növbətçiləri qatarları aşağıdakı tələblərə uyğun olaraq qarşılayırlar:
5.10.1. qatar dəmiryol stansiyasında dayanmadan baş dəmir yolu ilə buraxıldıqda gündüz vaxtı sarı bükülü bayraqla, gecə vaxtı isə şəffaf-ağ işıqlı əl fənəri ilə (1 nömrəli əlavə, şəkil 120);
5.10.2. qatarın yan dəmir yoluna və ya dəmiryol stansiyasında dayanmaqla qəbul edildikdə gündüz vaxtı açılmış sarı bayraqla, gecə vaxtı isə sarı işıqlı əl fənəri ilə (1 nömrəli əlavə, şəkil 121).
5.11. Siqnalçılar və yoldəyişmə postlarının növbətçiləri stansiyalardan yola düşən qatarları gündüz vaxtı sarı bükülü bayraqla, gecə vaxtı isə şəffaf-ağ işıqlı əl fənəri ilə yola salırlar.
5.12. Qatardan dayanma siqnalı lokomotivin maşinistinə gündüz vaxtı açılmış qırmızı bayraqla, gecə vaxtı isə fənərin qırmızı işığını verməklə icra edilir.
5.13. Sərnişin qatarı dəmiryol stansiyasında dayandıqdan sonra göndərilərkən radiokupe (qərargah) və sonuncu vaqonun bələdçisi (qatarların dalan dəmir yolundan göndərildiyi hallar istisna olmaqla) sərnişin platforması tərəfə (platformanın sonunadək) gündüz vaxtı sarı bükülü bayraqla, gecə vaxtı isə şəffaf-ağ işıqlı əl fənəri ilə siqnal verirlər. Həmin siqnalın verilməsi sərnişin qatarının təhlükəsiz hərəkətini göstərir. Qatar tərpəndikdə digər vaqonların bələdçiləri vaqonun yan qapılarını bağlayır və hərəkət zamanı tamburun pəncərəsindən sərnişin platforması boyu mümkün siqnalların verilməsini müşahidə edirlər.
5.14. Sərnişin qatarında vaqonların yan qapılarının avtomatik bağlanması və qapıların bağlı vəziyyətinə nəzarət sistemləri olduqda, vaqon bələdçiləri qapıların avtomatik bağlanmasından və qatarın hərəkətə başlamasından sonra tamburun pəncərəsindən sərnişin platforması boyu hərəkət zamanı mümkün siqnalların verilməsini müşahidə edirlər.
5.15. Mənzillərdə dəmir yollarının və süni tikililərin vəziyyətini müayinə edən işçilər, həmçinin dəmiryol keçid növbətçiləri dəmir yolunun boş olduğu hallarda qatarları gündüz vaxtı sarı bükülü bayraqla, gecə isə şəffaf-ağ işıqlı əl fənəri ilə (1 nömrəli əlavə, şəkil 122), sürətin azaldılması və ya dayanma siqnalları ilə çəpərlənmiş yerlərdə isə qatarları gündüz və gecə vaxtlarında dəmir yolunda quraşdırılmış siqnallara uyğun siqnallarla qarşılayırlar.
6. Dəmiryol nəqliyyatında siqnal göstəriciləri və nişanları
6.1. Qatarın və manevr tərkibinin qəbul yolunu və ya hərəkət istiqamətini, dartı növünü və qatarın hərəkətinin digər xüsusi şərtlərini göstərmək üçün işıqforun dirəyində və ya ayrıca dirəkdə quraşdırılan ağ rəngli marşrut işıq göstəriciləri (rəqəmli, hərfli və ya vəziyyəti əks etdirən) tətbiq edilir (1 nömrəli əlavə, şəkil 123).
6.2. Qatarın hərəkət etməsinə icazə verilən dəmir yolunda qrup çıxış və marşrut işıqforunda dəmir yolunun nömrəsini göstərmək üçün yaşıl rəngli marşrut göstəricisi quraşdırılır (1 nömrəli əlavə, şəkil 124).
6.3. Bu Təlimatın 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmuş göstəricilərdən çıxış və ya marşrut işıqforlarında dümağ işığı olduqda, manevr tərkibinin hərəkət etməsinə icazə verilən dəmir yolunun nömrəsinin göstərilməsi üçün istifadə edilməsinə yol verilir.
6.4. Tək yoldəyişənin işıqlanan göstəricisi hər iki tərəfə aşağıdakı siqnalları göstərir:
6.4.1. yoldəyişənin istiqaməti düz dəmir yolunadır, gündüz vaxtı ağ düzbucaqlı göstəricinin ensiz tərəfi, gecə vaxtı isə süd rəngli işıq (1 nömrəli əlavə, şəkil 125);
6.4.2. yoldəyişənin istiqaməti yan dəmir yolunadır ,gündüz vaxtı göstəricinin enli tərəfi, gecə vaxtı isə sarı işıq (1 nömrəli əlavə, şəkil 126).
6.5. Çarpaz yoldəyişənlərin vəziyyəti (istiqaməti) iki adi yoldəyişən göstəricisi ilə bildirilir və aşağıdakı siqnallarla göstərilir:
6.5.1. dəmir yolunun düz istiqamətinə gündüz vaxtı hər iki göstəricinin ensiz tərəfində ağ düzbucaqlılar, gecə vaxtı isə süd rəngli işıqlar (1 nömrəli əlavə, şəkil 127);
6.5.2. düz dəmir yolunu kəsməklə gündüz vaxtı hər iki göstəricinin enli tərəfi, gecə vaxtı sarı işıqlar (1 nömrəli əlavə, şəkil 128);
6.5.3. düz dəmir yolundan yan dəmir yolu istiqamətinə gündüz vaxtı yaxın göstəricidə, onun enli tərəfi, gecə vaxtı sarı işıq, uzaq göstəricidə isə gündüz vaxtı göstəricinin ensiz tərəfində ağ düzbucaqlı, gecə vaxtı isə süd rəngli işıq (1 nömrəli əlavə, şəkil 129);
6.5.4. yan dəmir yolundan düz dəmir yolu istiqamətinə gündüz vaxtı yaxın göstəricinin, ensiz tərəfində ağ düzbucaqlı, gecə vaxtı isə süd rəngli işıq, uzaq göstəricidə isə gündüz vaxtı göstəricinin enli tərəfi, gecə vaxtı isə sarı işıq görünür (1 nömrəli əlavə, şəkil 130).
6.6. Qeyri-ümumi istifadəli dəmir yollarında lokomotivdən idarə edilən yoldəyişənlərin vəziyyəti (istiqaməti) yoldəyişən göstəriciləri ilə aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:
6.6.1. yoldəyişən düz dəmir yolu istiqamətindədir, gündüz və gecə vaxtlarında süd rəngli işıqla (1 nömrəli əlavə, şəkil 125);
6.6.2. yoldəyişən yan dəmir yolu istiqamətindədir, gündüz və gecə vaxtlarında sarı rəngli işıqla (1 nömrəli əlavə, şəkil 126).
6.7. İşıqlandırılmayan yoldəyişən göstəriciləri aşağıdakıları bildirir:
6.7.1. yoldəyişən düz dəmir yolu istiqamətindədir, oxabənzər göstərici düz dəmir yoluna tərəf istiqamətləndikdə (1 nömrəli əlavə, şəkil 131);
6.7.2. yoldəyişən yan dəmir yolu istiqamətindədir, oxabənzər göstərici yan dəmir yoluna tərəf istiqamətləndikdə (1 nömrəli əlavə, şəkil 132).
6.8. Dəmiryol çəpərləmə və atıcı qurğuların göstəriciləri aşağıdakıları bildirir:
6.8.1. dəmir yolunun çəpərləndiyini gündüz vaxtı üfüqi qara zolaqlı ağ dairə, gecə vaxtı isə qara zolaqlı süd rəngli işıq (1 nömrəli əlavə, şəkil 133);
6.8.2. dəmir yolunda çəpərlənmənin götürüldüyünü gündüz vaxtı şaquli qara zolaqlı ağ dairə və ya düzbucaqlı, gecə vaxtı isə şaquli qara zolaqlı süd rəngli işıq (1 nömrəli əlavə, şəkil 134).
6.9. Atıcı qurğular (başmaq atıcıları, atıcı tiyələr və ya atıcı yoldəyişənlər) quraşdırılan yerlər, bu qurğular mərkəzləşməyə qoşulmadıqda və çəpərləmə vəziyyətinə nəzarəti olmadıqda göstəricilərlə təchiz edilir.
6.10. Dəmiryol çəpərləmə göstəriciləri dirənmə dalanlarında tirin sağ ucunda quraşdırılır və yalnız dəmir yolu istiqamətinə siqnal verir (1 nömrəli əlavə, şəkil 135). Çəpərlənmə göstəriciləri işıqlandırılan və ya işıqlandırılmayan olmaqla stansiyanın texniki-sərəncam aktı ilə müəyyən edilir.
6.11. Dəmiryol çəpərləmə siqnal cihazları qismində adi yoldəyişən fənərlərdən istifadə olunmasına yol verilir.
6.12. Hərəkətdə olan qatarlarda dəmiryol hərəkət tərkibinin texniki vəziyyətinə avtomatik nəzarət vasitələrinin quraşdırıldığı dəmiryol sahələrində kontakt şəbəkəsi dayaqlarına və ya ayrıca dayaqlara bərkidilmiş siqnal işıq göstəriciləri (1 nömrəli əlavə, şəkil 136), yaxud danışıq informatorları tətbiq edilir. Normalda göstəricilərin siqnal zolaqları yanmır və siqnal əhəmiyyətinə malik olmur.
6.13. Qatarın tərkibində nasaz vaqonların olması barədə siqnal göstəricisində şəffaf-ağ rəngli işıqlanan zolaq göründükdə, yaxud danışıq informatorundan müvafiq məlumat alındıqda, həmçinin radiorabitə vasitəsilə stansiya növbətçisindən (qatar dispetçerindən) qatarın stansiya hərəkətinin mümkünlüyü və ya onun dərhal mənzildə dayandırılmasının vacibliyi barədə göstəriş alındıqda, maşinist aşağıdakıları yerinə yetirir:
6.13.1. sürətin rəvan şəkildə saatda 20 kilometrədək endirilməsi üçün tədbir görməli və stansiyanın çıxış siqnalının göstəricisindən asılı olmayaraq, tərkibin vəziyyətini izləməklə və xüsusi sayıqlıqla hərəkət edərək, stansiyanın qəbul dəmir yoluna daxil olub dayanmalıdır;
6.13.2. mənzildə qatarı xidməti tormozlama ilə dayandırmalı, bu barədə mənzildəki qatarların maşinistlərinə məlumat verməli, nasaz vaqonlara baxış keçirməli və stansiya növbətçisinə (qatar dispetçerinə) qatarla dəmiryol stansiyasına gəlməyin mümkünlüyü barədə məruzə etməli və ya ondan tərkibin yanına vaqon müayinəçilərinin gəlməsini tələb etməlidir.
6.14. Bu Təlimatın 6.13-cü bəndində nəzərdə tutulmuş hallarla əlaqədar stansiya növbətçisi (qatar dispetçeri) qatarların təhlükəsiz buraxılması üçün əlavə tədbirlər görməli, qonşu dəmir yolu ilə hərəkət edən qatarların maşinistlərinə məlumat verməli və qatarların dəmiryol stansiyasından göndərilməsini ləngitməlidir.
6.15. Ümumi istifadəli dəmir yollarında avtomat lokomotiv siqnalizasiyası müstəqil siqnalizasiya və əlaqə vasitəsi qismində tətbiq edilən blok-sahələrin sərhədlərində hər iki hərəkət istiqaməti üçün işıqəksetdirici və rəqəmli liter lövhələrdə blok-sahələrin sərhədlərinin göstəriciləri quraşdırılır (1 nömrəli əlavə, şəkil 137).
6.16. Qatarların hərəkəti düzgün olmayan dəmir yolları ilə avtomatik lokomotiv siqnalizasiyasının göstəricisi ilə yerinə yetirilən avtobloklama ilə təchiz edilmiş ümumi istifadəli dəmiryol sahələrində düzgün dəmir yolunda hərəkət üçün quraşdırılmış keçid işıqforları blok-sahələrin sərhədləri hesab olunur. Belə işıqforların arxa tərəfində düzgün dəmir yolu ilə hərəkət üçün qoyulmuş işıqforların nişanlarına uyğun əlavə liter nişanları quraşdırılır (1 nömrəli əlavə, şəkil 138).
6.17. Girişqabağı işıqforda liter nişanı və ağ rəngli əksetdiricilərlə birgə üç maili zolaq şəklində bildiriş lövhəsi quraşdırılır (1 nömrəli əlavə, şəkil 138).
6.18. Sabit cərəyanla elektrikləşdirilmiş sahələrdə kontakt şəbəkəsinin seksiyalarının birində qəflətən cərəyanın kəsilməsi hallarında elektrik hərəkət tərkibinin cərəyanqəbuledicisinin qaldırılmış vəziyyətdə keçilməsinə yol verilməyən hava aralıqlarının önündə, kontakt şəbəkəsinin dayaqlarında və ya ayrıca dayaqda "Cərəyanqəbuledicini endir" siqnal işıq göstəricisi tətbiq edilir (1 nömrəli əlavə, şəkil 139).
6.19. Siqnal göstəricisində şəffaf-ağ rəngli yanıb-sönən (qırpınan), işıqlanan zolaq yandıqda, maşinist çəpərlənmiş hava aralığını endirilmiş cərəyanqəbuledici ilə keçilməsi üçün dərhal tədbir görməlidir.
6.20. Normal şəkildə göstəricinin siqnal zolaqları yanmır və bu vəziyyətdə siqnal göstəriciləri heç bir əhəmiyyət kəsb etmir.
6.21. Dəmir yollarının neft və qazötürücü kəmərlərlə kəsişmə yerlərində kontakt şəbəkəsinin dayaqlarında və ya ayrıca dirəklərdə həmin yerdən xüsusi sayıqlıqla keçilməyin zəruri olduğunu bildirən "Qaz" və "Neft" daimi siqnal nişanları quraşdırılır (1 nömrəli əlavə, şəkillər 140, 141).
6.22. Dəmir yollarının karstlaşmış zonalardan keçdiyi yerlərdə kontakt şəbəkəsi dayaqlarında və ya ayrıca dirəklərdə həmin yerdən xüsusi sayıqlıqla keçilməyin zəruri olduğunu bildirən "Karst təhlükəli sahənin başlanğıcı" və "Karst təhlükəli sahənin sonu" daimi siqnal nişanları quraşdırılır (1 nömrəli əlavə, şəkillər 142, 143).
6.23. "Tormozlamanın başlanğıcı" (1 nömrəli əlavə, şəkil 144) və "Tormozlamanın sonu" (1 nömrəli əlavə, şəkil 145) daimi siqnal nişanları lokomotivin maşinistinə yolda avtotormozların vəziyyətinin yoxlanılma yerini göstərir. Belə siqnal nişanlarının yerləşdirilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
6.24. "Cərəyanqəbuledicini endir" siqnal göstəricisinin tətbiq edildiyi hallarda onun önündə "Diqqət! Cərəyanayırıcı" daimi əksetdirici siqnal nişanı quraşdırılır (1 nömrəli əlavə, şəkil 146).
6.25. Üzərində əksetdirici "Cərəyanqəbuledicini qaldır" daimi siqnal nişanı hava aralığından sonra hərəkət istiqamətində qoyulur (1 nömrəli əlavə, şəkil 147).
6.26. "Cərəyanqəbuledicini endir" siqnal göstəricisi, həmçinin "Cərəyanqəbuledicini qaldır" və "Diqqət! Cərəyanayırıcı" daimi siqnal nişanları ümumi istifadəli dəmir yolları üçün bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 149-cu, qeyriümumi istifadəli dəmir yolları üçün isə bu Təlimatın 1 nömrəli əlavəsində göstərilmiş 150-ci şəkillərdə göstərilmiş sxemlərə uyğun olaraq quraşdırılır.
6.27. Hava aralığını məhdudlaşdıran kontakt şəbəkəsi dayaqlarının üzərində növbələnən dörd qara və üç ağ üfüqi zolaqlı fərqlənmə nişanı olmalı, qatarların hərəkət istiqaməti üzrə birinci dayaq isə şaquli qara zolaqla nişanlanır (1 nömrəli əlavə, şəkil 150).
6.28. Nişanlar bilavasitə dayaqlarda və ya onların üzərinə bərkidilmiş lövhələrdə əks olunur (1 nömrəli əlavə, şəkil 151). Çoxyollu sahələrdə göstərilən nişanların dəmir yolunun oxu üzərindəki kontakt şəbəkəsi konstruksiyalarına quraşdırmağa yol verilir. Cərəyanqəbuledicinin qaldırılmış vəziyyətində elektrik hərəkət tərkibinin belə dayaqlar (nişanlar) arasında dayanmasına yol verilmir.
6.29. Müxtəlif növ elektrik dartılı qovuşma stansiyalarda qatarların dayanmadan buraxılması üçün siqnal nişanları və göstəriciləri tətbiq olunur. Həmin nişanların və göstəricilərin tətbiqinə dair tələblər infrastruktur sahibi tərəfindən müəyyən edilir.
6.30. Hüdud dirəkcikləri, ondan yoldəyişənə və ya kar kəsişmə istiqamətində dəmir yoluna hərəkət tərkibinin qoyulmasının yolverilməz olduğunu göstərir (1 nömrəli əlavə, şəkillər 152, 153). Baş və qəbul-göndərilmə dəmir yollarında hüdud dirəkciklərinin fərqləndirici rəngləri olmalıdır (1 nömrəli əlavə, şəkil 153).
6.31. "Stansiyanın sərhədi" nişanı ikiyollu və çoxyollu sahələrdə stansiyanın sərhədini göstərir (1 nömrəli əlavə, şəkil 154). Həmin nişanın üzərində yazı hər iki tərəfdən olmalıdır.
6.32. Üzərində əksetdiricisi olan "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" daimi siqnal nişanları qatarların aşağı sürətlə hərəkət etməsi tələb olunan sahənin sərhədlərini göstərir (1 nömrəli əlavə, şəkillər 155, 156). "Təhlükəli yerin sonu" nişanı "Təhlükəli yerin başlanğıcı" nişanının arxa tərəfində yerləşdirilir.
6.33. Xəbərdarlıq siqnal nişanları aşağıdakılardır:
6.33.1. "C" fit vermə nişanı - tunellərin, körpülərin, keçidlərin önündə qoyulur (1 nömrəli əlavə, şəkil 157);
6.33.2. "Lokomotivin dayanacağı" nişanı - infrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolu sahibinin müəyyən etdiyi yerlərdə qoyulur (1 nömrəli əlavə, şəkil 158).
6.34. Elektrikləşdirilmiş sahələrdə qatarların düzgün və düzgün olmayan hərəkəti istiqamətində aşağıdakı əksetdirici xəbərdarlıq siqnal nişanları quraşdırılır:
6.34.1. "Cərəyanı ayır" - neytral calağın önündə (1 nömrəli əlavə, şəkil 159);
6.34.2. "Elektrovozda cərəyanı qoş" və "Elektrik qatarında cərəyanı qoş" - neytral calağın arxasında (1 nömrəli əlavə, şəkillər 160, 161). Həmin nişanlar müvafiq sxemlərə uyğun olaraq quraşdırılır (1 nömrəli əlavə, şəkillər 162, 163)
6.35. "Kontakt asqısının sonu" siqnal nişanı kontakt naqillərinin işlək zonasının qurtaracağında kontakt şəbəkəsi üzərində quraşdırılır (1 nömrəli əlavə, şəkil 164).
6.36. Qeyri-ümumi istifadəli dəmir yolunda həmin yolun sahibi tərəfindən müəyyən edilmiş yerlərdə aşağıdakı xəbərdarlıq siqnal nişanları tətbiq edilir:
6.36.1. "Yan kontakt şəbəkəsinə keçid" (1 nömrəli əlavə, şəkil 165);
6.36.2. "Mərkəzi kontakt şəbəkəsinə keçid" (1 nömrəli əlavə, şəkil 166).
6.37. "Birinci vaqonun dayanacağı" xəbərdarlıq siqnal nişanı motor-vaqonlu qatarların hərəkət etdikləri sərnişin platformalarında quraşdırılır (1 nömrəli əlavə, şəkil 167).
6.38. Elektrik hərəkət tərkibinin qaldırılmış cərəyanqəbuledici ilə hərəkət etməsinə icazə verilmədiyi yerlərdə (kontakt şəbəkəsi nasaz olduqda, planlı təmir və tikinti işləri aparıldıqda, qatarların hərəkəti zamanı cərəyanqəbuledicini endirmək) aşağıdakıları bildirən əksetdiricili müvəqqəti siqnal nişanları quraşdırılır:
6.38.1. "Cərəyanqəbuledicini endirməyə hazırlaş!" (1 nömrəli əlavə, şəkil 168);
6.38.2. "Cərəyanqəbuledicini endir!" (1 nömrəli əlavə, şəkil 169);
6.38.3. "Cərəyanqəbuledicini qaldır!" (1 nömrəli əlavə, şəkil 170).
6.39. Bu Təlimatın 6.38-ci bəndində göstərilmiş nişanlar ümumi istifadəli və qeyriümumi istifadəli dəmir yollarında müvafiq sxemlərə uyğun olaraq quraşdırılır (1 nömrəli əlavə, şəkillər 171, 172)
6.40. İkiyollu sahədə qatarları kontakt şəbəkəsi ilə təchiz edilməyən müvəqqəti keçid qoymaqla və dəmir yollarından biri ilə buraxmaqla, planlı təmir və tikinti işlərinin aparıldığı hallarda çəpərlənmiş sahədən 100 metrdən az olmayan məsafədə "Cərəyanqəbuledicini endir!", həmçinin digər siqnal nişanları quraşdırılır (1 nömrəli əlavə, şəkil 171).
6.41. Elektrik hərəkət tərkibinin cərəyanqəbuledicisinin qaldırılmış vəziyyətində hərəkətinə yol verməyən kontakt şəbəkəsinin qəflətən zədələndiyi aşkar olunduqda, bu nasazlığı aşkar etmiş elektrik təchizatı sahəsinin işçisi qatar gözlənilən tərəfə nasazlıq olan yerdən 500 metr aralanmalı və yaxınlaşan qatarın maşinistinə əl ilə gündüz vaxtı sol əlin şaquli qaldırılmış vəziyyətində, sağ əlin öndə üfüqi xətt boyu təkrarlanan hərəkəti ilə, gecə vaxtı isə şəffaf-ağ işıqlı fənərlə üfüqi və şaquli təkrar hərəkətlə "Cərəyanqəbuledicini endir!" siqnalını verir (1 nömrəli əlavə, şəkil 173).
6.42. Maşinist xəbərdarlıq siqnalı verməyə, elektrik dövrəsində cərəyan olmadıqda cərəyanqəbuledicini endirməyə və zədələnmiş yeri xüsusi sayıqlıqla keçməyə, kontakt şəbəkəsinin sazlığına əmin olduqdan sonra cərəyanqəbuledicini qaldıraraq hərəkəti davam etdirməlidir.
6.43. Qartəmizləyənlərin işlədiyi sahələrdə aşağıdakı müvəqqəti siqnal nişanları quraşdırılır:
6.43.1. maneənin önündə - "Bıçağı qaldır, qanadları bağla!" (1 nömrəli əlavə, şəkil 174);
6.43.2. maneədən sonra - "Bıçağı endir, qanadları aç!" (1 nömrəli əlavə, şəkil 175).
6.44. Sürətli qartəmizləyənlərin işlədiyi sahələrdə "Bıçağı qaldır, qanadları bağla!" nişanının önündə, həmçinin "Bıçağı qaldırmağa və qanadları bağlamağa hazırlaş!" müvəqqəti siqnal nişanları quraşdırılır (1 nömrəli əlavə, şəkil 176).
6.45. Qartəmizləyənlərin və sürətli qartəmizləyənlərin işlədiyi sahələrdə nişanlar müvafiq sxemlərə uyğun olaraq quraşdırılır (1 nömrəli əlavə, şəkillər 177, 178).
6.46. İki yaxın məsafədə yerləşən maneələr arasında qartəmizləyənin işləməsi mümkün olmadıqda, dirəkdə alt-alta iki nişan qoyulur (1 nömrəli əlavə, şəkil 179).
6.47. Ox sayğaclarının və dəmiryol hərəkət tərkibinin relsdən çıxmasına nəzarət edən qurğuların tətbiq edildiyi ümumi istifadəli dəmir yolları sahələrində onların quraşdırılma yerini nişanlamaq üçün infrastruktur sahibinin müəyyən etdiyi tələblərə uyğun olaraq müvəqqəti siqnal nişanları qoyulur.
6.48. Siqnal nişanlarının üstündə quraşdırılan əksetdiricilər şəffaf-ağ şüşədən hazırlanır. Ayrı-ayrı siqnal nişanlarında texniki tələblərə uyğun olaraq ağ rəngli materialdan hazırlanmış işıqəksetdiricilər tətbiq edilir.
6.49. Siqnal nişanları işıqlı və ya işıqlandırılan olur.
7. Manevr işində tətbiq edilən siqnallar
7.1. Manevr işıqforları ilə aşağıdakıları bildirən siqnallar verilir:
7.1.1. bir dümağ işıq - "Manevr tərkibinə manevr işıqforunu keçməyə icazə verilir və sonra yolüstü (eyni istiqamətli) işıqforların göstəriciləri və ya manevr rəhbərinin göstərişləri (siqnalları) rəhbər tutulmalıdır" (1 nömrəli əlavə, şəkil 180);
7.1.2. bir göy işıq - "Manevr tərkibinə manevr işıqforunu keçmək qadağan edilir" (1 nömrəli əlavə, şəkil 181).
7.2. Çıxış və marşrut işıqforlarının qırmızı işığının sönmüş vəziyyətində manevrin aparılmasına həmin işıqforların bir dümağ işığı ilə də yol verilir.
7.3. Biryollu, həmçinin hər bir dəmir yolu ilə ikitərəfli hərəkət üçün avtobloklama ilə təchiz edilmiş ikiyollu xətlərdə yerləşən stansiyalarda giriş işıqforunun dayağında stansiya tərəfdən manevr işıqforunda bir dümağ işıqlı "Manevr edən tərkibə stansiyanın sərhədindən çıxmasına icazə verilir" siqnalı tətbiq edilir.
7.4. Stansiyanın müvafiq hissəsində manevr işinin aparılmasına icazə verən qrup manevr işıqforları bir və ya hər iki tərəfə də siqnal verir.
7.5. Dalandan qatarların qəbulu və göndərilməsi nəzərdə tutulmayan dəmir yollarından, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarından ümumi istifadəli dəmir yollarına manevr tələblərinə uyğun olaraq qəbul edilmə üçün qırmızı işıqlı manevr siqnalları quraşdırılır.
7.6. Tələb olunduqda itələyici lokomotivlərin, dəmiryol stansiyasında yerləşən depoya gedən lokomotivlərin, qatarların tərkibinə qoşulmaq üçün depodan gələn lokomotivlərin, yanğın, həmçinin işlərin yerinə yetirildiyi hallarda mənzil bağlanılmaqla bərpa və təsərrüfat qatarlarının, habelə özügedən xüsusi dəmiryol hərəkət tərkiblərinin stansiya dəmir yollarının boş hissələrinə giriş işıqforunun qadağanedici göstəricisində qəbul edilməsi üçün həmin işıqforun dayağında bir dümağ işıqlı siqnal tətbiq edilir. Həmin lokomotivlərin, qatarların və digər hərəkət tərkiblərinin stansiya dəmir yollarının boş hissələrinə qəbuluna yol verilir.
7.7. Təpə işıqforları ilə aşağıdakıları bildirən siqnallar verilir (1 nömrəli əlavə, şəkil 182):
7.7.1. bir yaşıl işıq - "Vaqonların təyin edilmiş sürətlə buraxılmasına icazə verilir";
7.7.2. bir sarı işıq - "Vaqonların aşağı sürətlə buraxılmasına icazə verilir";
7.7.3. bir sarı və bir yaşıl işıq - "Vaqonların müəyyən edilmiş və aşağı sürət arasındakı orta sürətlə buraxılmasına icazə verilir";
7.7.4. bir dümağ işıq - "Təpə (manevr) lokomotivinin təpənin donqarından təpəaltı parka hərəkət etməsinə və çeşidləmə parkının dəmir yolunda manevrlərin etməsinə icazə verilir";
7.7.5. bir qırmızı işıq - "Dayan! Buraxmaq qadağandır!";
7.7.6. eyni vaxtda qırmızı işıqla və ya qırmızı işığın sönmüş vəziyyətində yanan ağ rəngli "H" hərfli işıqlanan göstərici - "Vaqonları təpədən geri basmaq".
7.8. Vaqonların təpə işıqforunun bir yaşıl, bir yaşıl və bir sarı, bir sarı işığı ilə çeşidləmə təpələrindən buraxılma sürəti infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7.9. Təpə işıqforlarının siqnallarının görüntüsü təmin olunmadıqda, təpə işıqforunun göstəricisi barədə maşinisti məlumatlandırmaq üçün təkrarlayıcı işıqforlar və ya təpə avtomat lokomotiv siqnalizasiyası tətbiq edilir. Təkrarlayıcı və lokomotiv işıqforları əsas təpə işıqforlarının göstəricisini təkrar etməlidir. Qəbul parkının dəmir yollarının ortasında yerləşən təkrarlayıcı təpə işıqforlarında qırmızı işığın əvəzinə göy işıq quraşdırıla bilər.
7.10. Qəbul parkının dəmir yollarında hərəkət tərkibinin təpə işıqforunadək verilməsi, həmçinin təpəaltı dəmir yollarında siqnalizasiya üçün manevr işıqforlarının tətbiq edilməsinə yol verilir.
7.11. Manevrlərin aparıldığı hallarda manevr işıqforları olmadıqda çıxış və marşrut işıqforlarının qırmızı işığını keçməyə icazə stansiya növbətçisi və ya onun göstərişi ilə manevr rəhbəri tərəfindən şəxsən radiorabitə, ikitərəfli park rabitəsi qurğuları ilə və ya əl siqnal alətləri ilə verilir.
7.12. Manevrlərin aparıldığı hallarda aşağıdakıları bildirən əl və səs siqnalları verilir:
7.12.1. "İdarəetməsi qabağa olmaqla, lokomotivə hərəkət etməyə icazə verilir" - gündüz vaxtı əldə yuxarı qaldırılmış açılmış sarı bayrağın hərəkəti, gecə vaxtı isə həmin tələblərə uyğun olaraq əl fənərinin şəffaf-ağ işığı ilə və ya bir uzun səslə (1 nömrəli əlavə, şəkil 183);
7.12.2. "İdarəetməsi arxaya olmaqla, lokomotivə hərəkət etməyə icazə verilir" - gündüz vaxtı əldə aşağı endirilmiş açılmış sarı bayrağın hərəkəti, gecə vaxtı isə həmin tələblərə uyğun olaraq əl fənərinin şəffaf-ağ işığı və ya iki uzun fit səsi ilə (1 nömrəli əlavə, şəkil 184);
7.12.3. "Yavaş!" - gündüz vaxtı əldə açılmış sarı bayrağın yuxarı - aşağı asta hərəkəti ilə, gecə vaxtı isə eyni tələblərə uyğun olaraq əl fənərinin şəffaf-ağ işığı və ya iki qısa fit səsi ilə (1 nömrəli əlavə, şəkil 185);
7.12.4. "Dayan!" - gündüz vaxtı qırmızı və ya açılmış sarı bayrağın dairəvi hərəkəti ilə, gecə vaxtı isə eyni tələblərə uyğun olaraq əl fənərinin hər hansı bir işığı və ya üç qısa fit səsi ilə (1 nömrəli əlavə, şəkil 186).
7.13. Manevrlərin aparıldığı hallarda səsli siqnallar əl fiti və ya nəfəs aləti ilə verilir.
7.14. Manevrlərin aparıldığı hallarda siqnallar, onların icra üçün qəbul olunmasını təsdiqləyən lokomotiv, motor-vaqonlu qatar, özügedən xüsusi dəmiryol hərəkət tərkibi fitləri ilə təkrar olunur.
7.15. Yoldəyişmə postunun növbətçisinə və ya siqnalçıya yoldəyişəni hansısa bir dəmir yoluna çevirmək tapşırığı müxtəlif müddətli səslərlə (lokomotiv fitləri və manevr rəhbərinin fiti) və ya stansiyanın texniki təchizatından asılı olaraq stansiyanın texniki-sərəncam aktı ilə müəyyən edilmiş tələblərə uyğun olaraq digər vasitələrlə verilməsi mümkündür .
7.16. Yüksək və aşağı səsli siqnal qurğularının tətbiq edilməsinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
8. Qatarları, lokomotivləri və digər dəmiryol hərəkət tərkiblərini nişanlamaq üçün tətbiq edilən siqnallar
8.1. Siqnalların sağ və ya sol tərəfdən yerləşdirilməsinə dair göstərişlər hərəkət istiqaməti üzrə verilir.
8.2. Biryollu və ikiyollu sahələrin düzgün dəmir yolu ilə hərəkət edildiyi hallarda qatarın baş hissəsi gündüz və gecə vaxtlarında projektorunun bir şəffaf-ağ işığı və bufer tirindəki fənərlərin iki şəffaf-ağ işığı ilə nişanlanır (1 nömrəli əlavə, şəkil 187).
8.3. Düzgün olmayan dəmir yolu ilə hərəkət edildiyi hallarda qatarın baş hissəsi gündüz və gecə vaxtlarında sol tərəfdən fənərin qırmızı işığı, sağ tərəfdən isə fənərin şəffaf-ağ işığı, həmçinin projektorun şəffaf-ağ işığı ilə nişanlanır (1 nömrəli əlavə, şəkil 188).
8.4. Ümumi istifadəli biryollu və ikiyollu sahələrin düzgün dəmir yolu ilə hərəkət edildiyi hallarda qatarın baş hissəsinə qoşulan və ya vaqonsuz lokomotivdə, motorvaqonlu qatarda gündüz və gecə vaxtlarında projektorunun siqnal şəffaf-ağ işığı və bufer tirindəki fənərlərin iki şəffaf-ağ işığı yanmalıdır.
8.5. Biryollu və ikiyollu sahələrin düzgün dəmir yolu ilə vaqonlarla irəli hərəkət edən yük qatarının baş hissəsi gündüz vaxtı siqnallarla nişanlanmır, gecə vaxtı isə bufer tirindəki fənərin şəffaf-ağ işığı ilə nişanlanır (1 nömrəli əlavə, şəkil 189).
8.6. Düzgün olmayan dəmir yolu ilə vaqonlarla irəli hərəkət edən yük qatarının baş hissəsi gündüz vaxtı qarşıdakı keçid meydançasında dayanıb qatarı müşayiət edən işçinin sol tərəfdən göstərdiyi açılmış qırmızı bayraqla, gecə vaxtı isə bufer tirindəki şəffaf-ağ işıqlı fənərlə və qatarı müşayiət edən işçinin sol tərəfdən göstərdiyi fənərlə və əl fənərinin qırmızı işığı ilə nişanlanır (1 nömrəli əlavə, şəkil 190).
8.7. Biryollu və ikiyollu sahələrin düzgün və düzgün olmayan dəmir yolu ilə hərəkət edən qatarın quyruğu aşağıdakı tələblərə uyğun olaraq nişanlanır:
8.7.1. yük və yük-sərnişin qatarları gündüz və gecə vaxtlarında bufer tirinin sağ tərəfindən işıq əksetdiricili qırmızı disklə (1 nömrəli əlavə, şəkil 191);
8.7.2. sərnişin və poçt-baqaj qatarında gündüz və gecə vaxtlarında üç qırmızı işıqla (1 nömrəli əlavə, şəkil 192).
8.8. Yük qatarının quyruq hissəsində olan və ya vaqonsuz hərəkət edən lokomotiv arxa tərəfdən gündüz və gecə vaxtlarında bufer tirinin sağ tərəfində fənərin qırmızı işığı ilə nişanlanır (1 nömrəli əlavə, şəkil 193).
8.9. Qeyri-ümumi istifadəli dəmir yollarında vaqonlarla irəli hərəkət edildiyi hallarda qatarların hərəkətinin və dəmiryol nəqliyyatı işçilərinin təhlükəsizliyini təmin edən tərtibatçı tərəfindən müşayiət olunmayan qatarların siqnallarla nişanlanmasına dair tələblər qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
8.10. Qeyri-ümumi istifadəli dəmir yollarında, açıq dağ mədənlərinin biryollu, ikiyollu və çoxyollu sahələrində lokomotivlə və vaqonlarla irəli hərəkət edildiyi hallarda ixtisaslaşdırılmış qatarlar (vaqonları ayrılmayan qatarlar) aşağıdakı tələblərə uyğun olaraq nişanlanır:
8.10.1. qatarın başı gündüz lokomotiv siqnallarla nişanlanmır, vaqon isə bufer tirinin sağ tərəfindən qırmızı disklə, gecə lokomotivin bufer tiri fənərinin iki şəffaf-ağ işığı və ya vaqonun bufer tirinin sağ tərəfindən fənərin bir şəffaf-ağ işığı ilə (1 nömrəli əlavə, şəkillər 194, 187). Belə hallarda baş vaqona səs siqnalizasiya qurğusu əlavə edilir;
8.10.2. qatarın quyruğu gündüz vaqonun bufer tirinin sağ tərəfindən qırmızı rəngli disklə, qatarın quyruğundakı lokomotiv isə siqnallarla nişanlanmır. Gecə vaqonun bufer tirinin sağ tərəfindən bir şəffaf-ağ işıqlı fənərlə və ya lokomotivin bufer tirindəki iki qırmızı işıqla (1 nömrəli əlavə, şəkillər 195, 196, 197).
8.11. İtələyici lokomotiv və özügedən xüsusi dəmiryol hərəkət tərkibi vaqonsuz lokomotiv üçün müəyyən edilmiş tələblərə uyğun olaraq nişanlanır.
8.12. İtələyici lokomotiv və təsərrüfat qatarı göndərildiyi dəmiryol stansiyasına ikiyollu mənzilin düzgün olmayan dəmir yolu ilə geriyə qayıdarkən düzgün olmayan dəmir yolu ilə hərəkət siqnalları ilə nişanlanır.
8.13. Mənzildə yük qatarının üzülməsi (aralanması) baş verdikdə, qatarın dəmiryol stansiyasına göndərilən quyruq hissəsi gündüz bufer tirinin sağ tərəfindən açılmış sarı bayraqla, gecə fənərinin sarı işığı ilə nişanlanır (1 nömrəli əlavə, şəkil 198).
8.14. Qatarın sonuncu götürülən hissəsi yük qatarının quyruq hissəsi üçün müəyyən edilmiş tələblərə uyğun olaraq nişanlanır.
8.15. Çoxyollu sahədə qatar həmin sahənin bir və ya digər dəmir yolunda hərəkətə dair müəyyən edilmiş tələblərdən asılı olaraq nişanlanır.
8.16. Biryollu və ya ikiyollu sahələrin düzgün dəmir yolu ilə hərəkət etdikdə qartəmizləyən aşağıdakı tələblərə uyğun olaraq nişanlanır:
8.16.1. başda qartəmizləyən olduqda gündüz yan qarmaqlarda iki açılmış sarı bayraqla, gecə yan fənərlərin iki sarı işığı ilə, lokomotivə tərəfə isə iki şəffaf-ağ nəzarət işığı ilə (1 nömrəli əlavə, şəkil 199);
8.16.2. başda lokomotiv olduqda - gündüz bufer fənərlərində iki açılmış sarı bayraqla, gecə bufer fənərlərinin iki sarı işığı ilə (1 nömrəli əlavə, şəkil 200).
8.17. Qartəmizləyənin quyruğu tək hərəkət edən lokomotiv üçün müəyyən edilmiş tələblərə uyğun olaraq nişanlanır.
8.18. Qartəmizləyən başda olmaqla ikiyollu sahələrin düzgün olmayan dəmir yolu ilə hərəkət edildiyi hallarda gündüz yan qarmaqlarda iki açılmış sarı bayraqla və sol tərəfdə sarı bayrağın altında açılmış qırmızı bayraqla, gecə isə müvafiq olaraq iki sarı və bir qırmızı işıqlı fənər, lokomotiv tərəfə isə üç şəffaf-ağ nəzarət işığı ilə nişanlanır (1 nömrəli əlavə, şəkil 201).
8.19. Lokomotiv başda olduqda o, başda hərəkət edən qartəmizləyən üçün müəyyən edilmiş tələblərə uyğun olaraq nişanlanır (1 nömrəli əlavə, şəkil 201).
8.20. Manevr hərəkətini etdikdə, o cümlədən qatar tərkibinə yaxınlaşdıqda və ya ondan aralandıqda lokomotivin və özügedən xüsusi dəmiryol hərəkət tərkibinin əsas idarəetmə pultu tərəfdən ön və arxadan bufer tirində bir şəffaf-ağ işığı, motor-vaqonlu hərəkət tərkiblərində isə qatarın başında gündüz və gecə vaxtlarında iki şəffaf ağ işığı, qatarın quyruğunda isə üç qırmızı işığı olmalıdır.
8.21. Mənzildə götürülən drezinlərin, yol vaqoncuqlarının və dəmir yolundan götürülən digər hərəkət vahidlərinin olduğu hallarda onlarda aşağıdakı nişanlar olmalıdır:
8.21.1. biryollu və ikiyollu sahələrin düzgün olmayan dəmir yolu ilə hərəkət edildiyi hallarda gündüz vaxtı hər iki tərəfi qırmızı rənglənmiş düzbucaqlı lövhə və ya ya ağac dirəkcik üzərində açılmış qırmızı bayraq, gecə vaxtı isə ağac dirəkciyə bərkidilmiş fənərin qarşıdan və arxadan qırmızı işığı;
8.21.2. ikiyollu sahələrdə düzgün dəmir yolu ilə hərəkət edildiyi hallarda gündüz vaxtı qabaq tərəfi ağ və arxa tərəfi qırmızı rənglənmiş düzbucaqlı lövhə, gecə vaxtı isə ağac dirəkciyə bərkidilmiş fənərin qarşıdan şəffaf-ağ işığı, arxadan qırmızı işığı.
8.22. Mənzillərin elektrikləşdirilmiş sahələrində işləyərkən götürülən təmir vışkalarında aşağıdakı nişanlar olmalıdır:
8.22.1. biryollu və ikiyollu sahələrin düzgün olmayan dəmir yolu ilə hərəkət edildiyi hallarda gündüz vaxtı hər iki tərəfdən açılmış qırmızı bayraq, gecə vaxtı isə fənərin qarşıdan və arxadan qırmızı işığı;
8.22.2. ikiyollu sahələrdə düzgün dəmir yolu ilə hərəkət edildiyi hallarda gündüz vaxtı qatarların hərəkəti istiqaməti üzrə sağ tərəfdən açılmış qırmızı bayraq, gecə vaxtı isə fənərin qarşıdan şəffaf-ağ işığı, arxadan qırmızı işığı.
8.23. Siqnallar götürülən təmir vışkasının torpaqlama kəmərindən yuxarı səviyyədə bərkidilməlidir.
8.24. Götürülən təmir vışkaları və yol vaqoncuqları mənzillərdə hər iki tərəfdən mənzildəki rəhbər maillikdən və yolverilən maksimum sürətdən asılı olaraq təmir vışkaları və yol vaqoncuqları yerini dəyişdikcə, eyni zamanda bu Təlimatın 2 nömrəli əlavəsində göstərilmiş cədvəlin dördüncü sütununda göstərildiyi "B" məsafəsində daşınabilən siqnal nişanları ilə çəpərlənir.
8.25. Dəmiryol stansiyasında işlədikdə:
8.25.1. götürülən təmir vışkasında gündüz vaxtı hər iki tərəfdən açılmış qırmızı bayraq, gecə vaxtı vaxtı isə qarşıdan və arxadan fənərin qırmızı işığı;
8.25.2. yol vaqoncuğunda gündüz vaxtı hər iki tərəfi qırmızı rənglənmiş lövhə, yaxud ağac dirəkcikdə qırmızı bayraq, gecə vaxtı isə taxta dirəyə bərkidilmiş fənərin qarşıdan və arxadan qırmızı işığı olmalıdır.
8.26. Götürülən təmir vışkası və yol vaqoncuğu dəmiryol stansiyasının dəmir yollarında və yoldəyişənlərdə hərəkət etdiyi hallarda yerini dəyişdikcə hər iki tərəfdən ümumi istifadəli dəmir yollarında 50 metrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 metrdən az olmayan məsafədə təmir vışkası və yol vaqoncuğu ilə eyni zamanda əlavə olaraq yeri dəyişdirilən daşına bilən və ya qırmızı əl siqnalları ilə çəpərlənir.
8.27. İşlər aparıldığı hallarda istifadə olunan müxtəlif tipli yol arabacıqlarının və digər götürülən hərəkət vahidlərinin hər iki tərəfdən çəpərlənməsi infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolu sahibinin müəyyən etdiyi hallarda yerinə yetirilir.
8.28. İkiyollu və ya çoxyollu sahələrdə yanaşı dəmir yolu ilə qarşı istiqamətdən qatar hərəkət edərsə, o keçənədək götürülən təmir vışkasını, yol vaqoncuğunu və ya digər götürülən hərəkət vahidlərini ön tərəfdən çəpərləyən qırmızı siqnal çıxarılır.
8.29. İkitərəfli avtobloklama ilə təchiz edilmiş və sərnişin qatarlarının hərəkət sürəti saatda 120 kilometrdən çox olan sahələr istisna olmaqla, elektrikləşdirilmiş ikiyollu sahələrdə yoldan götürülən təmir vışkalarının çəpərlənməsinə icazə yalnız qatarların düzgün dəmir yolu ilə hərəkət etdiyi tərəfdən verilir.
8.30. Bu Təlimatın 8.29-cu bəndində göstərilmiş sahələrdə dəmir yolundan götürülən təmir vışkalarının işinin təşkil edildiyi hallarda qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasına dair tələblər yerli şəraitdən asılı olaraq, infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
8.31. Dəmir yolundan götürülən təmir vışkalarını, yol vaqoncuqlarını və digər götürülən hərəkət vahidlərini çəpərləyən dəmiryol nəqliyyatı işçiləri, həmçinin götürülən vahidlərin hərəkətinə rəhbərlik edən işçilər daşınabilən lövhələrdən, əl bayraqlarından və siqnal fənərlərindən başqa, həmçinin qatarın yaxınlaşmasını bildirən taraqqalarla və nəfəsli alətlə və qatarı dayandırmaq üçün digər zəruri siqnallarla təchiz edilir.
9. Dəmiryol nəqliyyatında səs siqnalları
9.1. Dəmiryol nəqliyyatında səs siqnalları lokomotivlərin, motor-vaqonlu qatarların, özügedən xüsusi dəmiryol hərəkət tərkiblərinin fitləri, nəfəsli alət və əl fitləri ilə verilir (bu Təlimata 3 nömrəli əlavə).
9.2. Xəbərdarlıq siqnalı bir uzun fit, düzgün olmayan dəmir yolu ilə hərəkət zamanı isə bir uzun, qısa və uzun fit lokomotiv, motor-vaqonlu qatar, özügedən xüsusi dəmiryol hərəkət tərkibi tərəfindən aşağıdakı hallarda verilir:
9.2.1. qatarın stansiyalara, yol postlarına, sərnişin dayanacaq məntəqələrinə, sürətin azaldılmasını tələb edən daşınabilən və əl siqnallarına, "C" siqnal nişanlarına, qazmalara, dəmir yolunun əyri sahələrinə, tunellərə, dəmiryol keçidlərinə, dəmir yolundan götürülə bilən drezinlərə, təmir vışkalarına, yol arabacıqlarına və yoldan götürülə bilən digər hərəkət vahidlərinə, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarında vaqonçeviricilərə, bunkerlərə, estakadalara, vaqon tərəzilərinə, yüklərin dənəvərliyini bərpa edən qurğulara, yüklərin donunun açılması qarajlarına, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarında yerləşmiş digər obyektlərə yaxınlaşarkən;
9.2.2. daşınabilən siqnalların olub-olmamasından asılı olmayaraq, xəbərdarlıq vərəqəsində qeyd edilmişdən irəlidəki kilometrdən başlayaraq qatarın iş yerinə yaxınlaşdığı hallarda;
9.2.3. siqnalçı tərəfindən verilən "Cərəyanqəbuledicini endir!" əl siqnalını başa düşdükdə;
9.2.4. dəmir yolunda olan insanlara yaxınlaşdıqda, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş digər hallarda.
9.3. Göruntünü çətinləşdirən duman, çovğun və digər əlverişsiz şəraitdə hərəkət eildiyi hallarda xəbərdarlıq siqnalı bir neçə dəfə təkrarlanır.
9.4. Qatarın qəbulu ilə əlaqədar manevri dayandıran qatar tərtibatçıları, siqnalçılar və yoldəyişmə postunun növbətçiləri bildiriş siqnalı ilə hər biri öz sahəsində qəbul ediləcək qatarın hərəkətinin təhlükəsizliyinin təminolunma vəziyyətini yoxlamalı və buna əmin olmalıdırlar.
9.5. Sayıqlıq siqnalı - lokomotivlə, motor-vaqonlu qatarla, özügedən xüsusi dəmiryol hərəkəti tərkibi ilə bir qısa və bir uzun fit verilir və müntəzəm olaraq aşağıdakı hallarda təkrarlanır:
9.5.1. şərti-icazəverici siqnalı olan qırmızı işıqlı keçid işıqforuna yaxınlaşarkən və sonradan blok-sahə ilə hərəkət edərkən;
9.5.2. qırmızı işıqlı, həmçinin aydın olmayan və ya sönük olan keçid işıqforunun önündə dayandıqdan sonra onu keçərkən və sonradan blok-sahə ilə hərəkət edərkən;
9.5.3. dəvətedici siqnalın dümağ işığı ilə yanıb-sönən giriş işıqforuna yaxınlaşarkən və giriş siqnalının qadağanedici göstəricisi ilə və ya əsas siqnal işığının sönmüş olduğu qatarın dəmiryol stansiyasına qəbul edildiyi digər hallarda;
9.5.4. düzgün olmayan dəmir yolu ilə (həmin dəmir yolunda giriş siqnalı olmadıqda) qatar qəbul edildiyi hallarda. Belə siqnal həmçinin dəmiryol stansiyasının boğazlarını keçərkən də verilməlidir.
9.6. Qatarlar ikiyollu mənzillərdə qarşılaşdıqda bir uzun fitlə xəbərdarlıq siqnalları verirlər, onlardan birinci siqnal qarşıdan gələn qatara, ikinci siqnal isə qarşıdan gələn qatarın quyruq hissəsinə (sonuncu vaqona) yaxınlaşarkən.
9.7. Qatarın yaxınlaşmasını bildirən səs siqnalları mənzildə dəmir yollarını və süni qurğuları müayinə edənlər, dəmiryol keçid növbətçiləri, dəmir yollarındakı və kontakt şəbəkəsindəki işlərin rəhbərləri və ya götürülən təmir vışkalarının və yol vaqoncuqlarının müşayiətçiləri, stansiyalarda isə siqnalçılar və giriş yoldəyişmə postlarının növbətçiləri tərəfindən verilir.
9.8. Tək nömrəli qatarın yaxınlaşması barədə xəbərdarlıq bir uzun, cüt nömrəli qatarın yaxınlaşması barədə xəbərdarlıq isə iki uzun səs siqnalı ilə bildirilir.
9.9. Siqnalçılar və giriş yoldəyişmə postlarının növbətçiləri qatarın göndərilməsi (yola düşməsi) barədə siqnal eşitdikdə, bir uzun səs siqnalı verirlər.
9.10. İnfrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilən siyahı üzrə iri şəhərlər, yaşayış məntəqələri və kurort rayonlarının yaxınlığında yerləşən stansiyalarda və mənzillərdə lokomotivlərdən, motor-vaqonlu qatarlardan, özügedən xüsusi dəmiryol hərəkət tərkiblərindən səs siqnalları yalnız zəif səsli fitlə verilməlidir. Bununla belə, qatarların itələyici lokomotivlə hərəkəti, insanların və ya maneənin üzərinə çıxma təhlükəsinin yaranması, həmçinin sayıqlıq və həyəcan siqnallarının verilməsinin tələb olunduğu hallar istisna edilir. Həmin stansiyalarda qatarların göndərildiyi, avtotormozların yoxlanıldığı və depo dəmir yollarında hərəkət edildiyi hallarda lokomotivlərin, motor-vaqonlu qatarların, özügedən xüsusi dəmiryol hərəkət tərkiblərinin fiti ilə siqnallar verilmir. Belə dəmiryol stansiyalarında sərnişinlərə qatarların göndərilməsi barədə bildirişin verilməsinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
10. Həyəcan siqnalları və xüsusi göstəricilər
10.1. Həyəcan siqnalları lokomotivlərin (motor-vaqonlu qatarlar, özügedən xüsusi hərəkət tərkibi) fitləri ilə, sirenalarla, nəfəs alətləri ilə və hərbi siqnal trubaları ilə asılmış metal əşyalara zərbələr vurmaqla verilir.
10.2. Səs siqnalları sxemində göstərilən səslər zərbələr vurulmaqla verildikdə, uzun siqnallar bir-birinin ardınca tez-tez davam edən zərbələr, qısa siqnallar isə tələb olunan qısa səslər sayında tək-tək vurulan zərbələr şəklində yerinə yetirilir.
10.3. "Ümumi həyəcan" siqnalı bir uzun və üç qısa səslərdən ibarət qruplarla aşağıdakı hallarda verilir:
10.3.1. dəmir yollarında hərəkətin təhlükəsizliyini qorxu altına alan nasazlıqlar aşkar edildikdə;
10.3.2. qatar qar basqınında dayandıqda, ağır qəzaya uğradığı hallarda kömək tələb olunduqda.
10.4. "Ümumi həyəcan" siqnalı tələb olunduqda dəmir yolunun hər bir işçisi tərəfindən verilə bilər.
10.5. "Yanğın həyəcanı" siqnalı bir uzun və iki qısa səslərdən ibarət qruplarla verilir.
10.6. tələb olunduqda "Yanğın həyəcanı" siqnalı dəmir yolunun hər bir işçisi tərəfindən verilə bilər.
10.7. "Hava həyəcanı" siqnalı davamlı sirena səslə, həmçinin 2-3 dəqiqə müddətində fasiləsiz bir sıra qısa səslə verilir.
10.8. Şəhərlərdə yerləşən stansiyalarda və digər dəmiryol təşkilatlarında şəhərdə verilən sirena, yaxud radioyayımı vasitəsilə verilən hava həyəcanı siqnalı dərhal sirenalarla, həmçinin lokomotivlərin, motor-vaqonlu qatarların, özügedən xüsusi dəmiryol hərəkət tərkibinin fitləri ilə təkrar olunur.
10.9. Şəhərdən kənarda yerləşən stansiyalarda və digər dəmiryol nəqliyyatı təşkilatlarında hava həyəcanı siqnalı, eynilə həmin vasitələrlə infrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolu sahibinin səlahiyyətli işçilərinin göstərişlərinə əsasən verilir.
10.10. Hava həyəcanı siqnalı mənzillərdə lokomotivlərin, motor-vaqonlu qatarların, özügedən xüsusi dəmiryol hərəkət tərkiblərinin fitləri ilə verilir:
10.10.1. hərbi qatarlarda daşınması yerinə yetirilən hərbi hissənin şəxsi heyətinin müəyyən etdiyi müşahidəçinin göstərişi ilə;
10.10.2. digər qatarlarda qatarı idarə edən lokomotivin maşinisti tərəfindən.
10.11. Dəmiryol radioyayımı şəbəkəsi olduqda (qatarlarda, stansiyalarda və digər dəmiryol nəqliyyatı təşkilatlarında) hava həyəcanı barədə xəbərdarlıq siqnalı, həmçinin belə şəbəkə vasitəsilə verilir.
10.12. "Radiasiya təhlükəsi" və ya "Kimyəvi həyəcan" siqnalı 2-3 dəqiqə müddətində aşağıdakı tələblərə uyğun verilir:
10.12.1. mənzillərdə lokomotivlərin, motor-vaqonlu qatarların, özügedən xüsusi dəmiryol hərəkət tərkibinin fitləri ilə bir uzun və bir qısa səslərdən ibarət qruplarla;
10.12.2. dəmiryol stansiyasında və digər dəmiryol nəqliyyatı təşkilatında asılmış metal əşyalara tez-tez vurulan zərbələrlə.
10.13. "Radiasiya təhlükəsi" və ya "Kimyəvi həyəcan" siqnalı stansiyalarda və digər dəmiryol nəqliyyatı təşkilatlarında infrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolu sahibinin aidiyyəti işçilərinin göstərişləri əsasında, mənzillərdə isə aparıcı lokomotivin, motor-vaqonlu qatarın, özügedən xüsusi dəmiryol hərəkət tərkibinin maşinisti tərəfindən verilir.
10.14. Dəmiryol radioyayımı şəbəkəsi olduqda radioaktiv və ya kimyəvi təhlükə barədə xəbərdarlıq göstərilən siqnalların mətnini təqdim etməklə bu şəbəkə vasitəsilə həyata keçirilir.
10.15. Hava həyəcanının bitməsi, həmçinin radioaktiv və ya zəhərləyici maddələrlə yoluxma təhlükəsinin sovuşması barədə məlumat dəmiryol işçilərinə və sərnişinlərə aşağıdakı tələblərə uyğun olaraq bildirilir:
10.15.1. stansiyalarda və digər dəmiryol nəqliyyatı təşkilatlarında infrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolu sahibinin aidiyyəti işçilərinin göstərişləri əsasında radioyayım və digər əlaqə vasitələri ilə, habelə göndərilən adamlarla;
10.15.2. sərnişin qatarlarında sərnişin qatarı rəisinin (mexanik-briqadirin) qatarlara xidmət edən işçilər vasitəsilə və qatarın radioyayım vasitəsilə verdiyi göstərişlərlə;
10.15.3. insanların daşındığı qatarlarda və hərbi qatarlarda stansiya növbətçisindən məlumat aldıqdan sonra eşelon rəisinin eşelon rabitə vasitələri ilə verdiyi göstərişlərlə;
10.15.4. yük-sərnişin, poçt-baqaj və yük qatarlarında stansiya növbətçisi tərəfindən.
10.16. Qatarın çirklənmiş (radioaktiv və ya digər maddələrlə) sahə ilə hərəkət etməsi barədə lokomotiv briqadalarını və qatara xidmət edən digər işçiləri xəbərdar etmək, həmçinin insanların fərdi qoruyucu vasitələri (əleyhqaz, qoruyucu kostyum və s.) olmadan belə sahələrə daxil olmalarının qarşısının alınması üçün belə sahələr xüsusi "Zəhərlidir!" nişanları ilə çəpərlənir (1 nömrəli əlavə, şəkil 202).
10.17. Stansiyalarda və mənzillərdə "Zəhərlidir!" göstəriciləri çirkli sahədən 50 metrdən çox olmayan məsafədə quraşdırılır, mənzillərin çirkli sahəsi hər iki tərəfdən, hərəkət istiqamətinin sağ tərəfindən birinci "Zəhərlidir!" göstəricisindən ümumi istifadəli dəmir yollarında 1200 metr məsafədə, qeyri-ümumi istifadəli dəmir yollarında isə "T" məsafədə ikinci eyni nişanla çəpərlənir. "Zəhərlidir!" göstəriciləri dəmiryol yatağının kənarında və ya dəmir yollarının arasında quraşdırılır.
10.18. Qatarın hərəkət istiqaməti üzrə birinci "Zəhərlidir!" göstəricisi qarşısında və ya stansiya növbətçisi tərəfindən alınan bildirişdə göstərilən çirkli yerin olması barədə göstərilən sahə qarşısında (sahənin nişanla çəpərlənib-çəpərlənməməsindən asılı olmayaraq), aparıcı lokomotivin, motor-vaqonlu qatarın, özügedən xüsusi dəmiryol hərəkət tərkibinin maşinisti "Radiasiya təhlükəsi" və ya "Kimyəvi həyəcan" siqnalı verməli və çirkli sahəni müəyyən edilmiş hərəkət sürətilə keçməlidir.
10.19. "Zəhərlidir!" göstəriciləri gecə vaxtı işıqlandırılmalıdır.
10.20. İşıqforların, fənərlərin, yoldəyişən göstəricilərin, qatar, əl və digər siqnal göstəricilərinin siqnal işıqları işıqmaskalayıcı qurğularla təmin edilir. "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"na 1 nömrəli əlavə
Şəkil 1. Şəkil 2.
Şəkil 3. Şəkil 4.
Şəkil 5.
Şəkil 6.
Şəkil 7. Şəkil 8.
Şəkil 9. Şəkil 10. Şəkil 11.
Şəkil 12. Şəkil 13. Şəkil 14.
Şəkil 15.
Şəkil 16. Şəkil 17.
Şəkil 18. Şəkil 19. Şəkil 20.
Şəkil 21.
Şəkil 22. Şəkil 23.
Şəkil 24. Şəkil 25.
Şəkil 26. Şəkil 27.
Şəkil 28. Şəkil 29.
Şəkil 30. Şəkil 30а.
Şəkil 31. Şəkil 32. Şəkil 33.
Şəkil 34. Şəkil 35. Şəkil 36.
Şəkil 37. Şəkil 38. Şəkil 39. Şəkil 40.
Şəkil 41. Şəkil 42.
Şəkil 43. Şəkil 44. Şəkil 45.
Şəkil 46. Şəkil 47. Şəkil 48. Şəkil 49.
Şəkil 50.
Şəkil 51. Şəkil 52.
Şəkil 53.
Şəkil 54. Şəkil 55.
Şəkil 56.
Şəkil 57. Şəkil 58.
Şəkil 59. Şəkil 60.
Şəkil 61. Şəkil 62.
Şəkil 63. Şəkil 64.
Şəkil 65. Şəkil 66.
Şəkil 67.
Şəkil 68. Şəkil 69. Şəkil 70.
Şəkil 71. Şəkil 72. Şəkil 73. Şəkil 74.
Şəkil 75.
Şəkil 76. Şəkil 77. Şəkil 78. Şəkil 79.
Şəkil 80. Şəkil 81. Şəkil 82.
Şəkil 83. Şəkil 84.
Şəkil 85. Şəkil 86.
Şəkil 87. Şəkil 88. Şəkil 89.
Şəkil 90. Şəkil 91. Şəkil 92.
Şəkil 93. Şəkil 94.
Şəkil 95. Şəkil 96. Şəkil 97.
Şəkil 98. Şəkil 99. Şəkil 100. Şəkil 101.
Şəkil 102. Şəkil 103. Şəkil 104.
Şəkil 105.
Şəkil 106. Şəkil 107.
Şəkil 108. Şəkil 109.
Şəkil 110. Şəkil 111.
Şəkil 112. Şəkil 113.
Şəkil 114. Şəkil 115.
Şəkil 116. Şəkil 117.
. Şəkil 118. Şəkil 119.
Şəkil 120. Şəkil 121. Şəkil 122.
Şəkil 123. Şəkil 124.
Şəkil 125. Şəkil 126.
Şəkil 127. Şəkil 128. Şəkil 129.
Şəkil 130. Şəkil 131. Şəkil 132.
Şəkil 133. Şəkil 134.
Şəkil 135. Şəkil 136.
Şəkil 137. Şəkil 138.
Şəkil 139. Şəkil 140. Şəkil 141.
Şəkil 142. Şəkil 143.
Şəkil 144. Şəkil 145. Şəkil 146. Şəkil 147. Şəkil 148.
Şəkil 149. Şəkil 150. Şəkil 151. Şəkil 152. Şəkil 153.
Şəkil 154. Şəkil 155. Şəkil 156. Şəkil 157. Şəkil 158.
Şəkil 159. Şəkil 160. Şəkil 161. Şəkil 162 (ümumi istifadəli dəmir yollarında).
Şəkil 163 (qeyri-ümumi istifadəli dəmir yollarında). Şəkil 164. Şəkil 165. Şəkil 166.
Şəkil 167. Şəkil 168. Şəkil 169. Şəkil 170. Şəkil 171.
Şəkil 172. Şəkil 173. Şəkil 174. Şəkil 175. Şəkil 176.
Şəkil 177. Şəkil 178. Şəkil 179.
Şəkil 180. Şəkil 181. Şəkil 182.
Şəkil 183. Şəkil 184.
Şəkil 185. Şəkil 186.
Şəkil 187.
Şəkil 188. Şəkil 189.
Şəkil 190. Şəkil 191. Şəkil 192. Şəkil 193.
Şəkil 194. Şəkil 195.
Şəkil 196. Şəkil 197. Şəkil 198.
Şəkil 199. Şəkil 200. Şəkil 201.
Şəkil 202. Qeyd. Bu əlavədə nəzərdə tutulmuş məsafələr metrlə verilmişdir.
"Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"na 2 nömrəli əlavə Cədvəl Sıra №-si Mənzildə rəhbər maillilik və qatarların maksimal hərəkət sürətləri "Təhlükəli yerin başlanğıcı" və "Təhlükəli yerin sonu" siqnal nişanlarından sürəti azaltma siqnalınadək olan məsafə (metrlə) А Daşınan (səyyar) qırmızı siqnaldan və qəflətən yaranmış maneədən birinci taraqqayadək olan məsafə (metrlə) B 1 2 3 4
1. Rəhbər enişi (mailliyi) 0,006-dan az olan mənzillərdə hərəkət sürətinin aşağıdakı hallarında: 800 1000 saatda 80 kilometrdən çox olmayan yük qatarları, saatda 110 kilometrdən çox olmayan sərnişin və refrijerator qatarları saatda 100 kilometrdən çox, lakin saatda 120 kilometrdən az olan refrijerator qatarları, saatda 100 kilometrdən çox, lakin saatda 140 kilometrdən az olan sərnişin qatarları 1000 1200 saatda 80 kilometrdən çox, lakin saatda 90 kilometrdən az olan yük qatarları 1100 1300 saatda 90 kilometrdən çox, lakin saatda 100 kilometrdən az olan yük qatarları, saatda 140 kilometrdən çox, lakin saatda 160 kilometrdən az olan sərnişin qatarları 1400 1600
2. Rəhbər enişi (mailliyi) 0,006-dan çox, lakin 0,010- dan çox olmayan mənzillərdə hərəkət sürətinin aşağıdakı hallarında: 1000 1200 saatda 80 kilometrdən çox olmayan yük qatarları; saatda 100 kilometrdən çox olmayan sərnişin və refrijerator qatarları saatda 100 kilometrdən çox, lakin saatda 120 kilometrdən az olan refrijerator qatarları; saatda 100 kilometrdən çox, lakin saatda 140 kilometrdən az olan sərnişin qatarları 1100 1300 saatda 80 kilometrdən çox, lakin saatda 90 kilometrdən az olan yük qatarları 1300 1500 saatda 140 kilometrdən çox, lakin saatda 160 kilometrdən az olan sərnişin qatarları 1500 1700
3. Rəhbər enişi 0,010-dan dik olan mənzillərdə İnfrastruktur sahibi tərəfindən müəyyən edilir
"Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"na 3 nömrəli əlavə Dəmiryol nəqliyyatında səs siqnallarının növləri, mənaları və onları verən işçilər Siqnal Siqnalın mənası Siqnalı verən işçi Üç qısa "Dayan!" lokomotiv briqadası, baş konduktor, stansiya və digər işçilər Bir uzun "Qatarın yola düşməsi" stansiya növbətçisi, yaxud onun göstərişi ilə park növbətçisi, siqnalçı, yoldəyişmə postunun növbətçisi və ya baş konduktor, aparıcı lokomotivin maşinisti cavab verir, ikiqat dartının olduğu hallarda ikinci lokomotivin maşinisti siqnalı təkrarlayır. Çıxış işıqforu olan dəmir yolundan qatar göndərildikdə, bu siqnalı çıxış işıqforu açıldıqdan sonra aparıcı lokomotivin maşinisti verir, ikiqat dartının olduğu hallarda ikinci lokomotivin maşinisti siqnalı təkrarlayır Üç uzun qatara xidmət edən işçilərə "Tormozla!" tələbi aparıcı lokomotivin maşinisti, ikiqat dartının olduğu hallarda ikinci lokomotivin maşinisti siqnalı təkrarlayır İki uzun qatara xidmət edən işçilərə "Tormozları burax!" tələbi Üç uzun və bir qısa qatarın dəmiryol stansiyasına tam tərkibdə gəlməməsi barədə aparıcı lokomotivin maşinisti Üç uzun və iki qısa maşinist köməkçisinin, baş konduktorun, sərnişin qatarı rəisinin (mexanik-briqadirin), təsərrüfat qatarının iş rəhbərinin lokomotivə çağırılması mənzildə dayanan qatarın aparıcı lokomotivinin maşinisti İkiqat dartı ilə hərəkət edərkən
Bir qısa ikinci lokomotivin maşinistinə "Dartı gücünü azalt!" tələbi aparıcı lokomotivin maşinisti ikinci lokomotivin maşinistinin siqnalını təkrarlayır İki qısa İkinci lokomotivin maşinistinə "Dartı gücünü artır!" tələbi İki uzun və iki qısa İkinci lokomotivin maşinistinə "Cərəyanqəbuledicini endir!" tələbi İtələyici lokomotivlə hərəkət edərkən İki qısa "İtələməni başla!" tələbi aparıcı lokomotivin maşinisti itələyici lokomotivin maşinisti siqnalı təkrarlayır Bir qısa, bir uzun və bir qısa "İtələməni dayandır, lakin qatardan geri qalma!" tələbi Dörd uzun "İtələməni dayandır və geri qayıt!" tələbi Qeydlər:
1. Qatar itələyici lokomotiv və ikiqat dartı ilə hərəkət etdikdə ikinci lokomotivin maşinisti itələyici lokomotivin verdiyi bütün siqnalları onun ardınca təkrarlayır. Belə hallarla əlaqədar itələyici lokomotivin maşinisti tərəfindən "Cərəyanqəbuledicini endir!" siqnalının verilməsinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
2. İkiqat dartı və ya itələyici lokomotivlə hərəkət edildiyi hallarda radiorabitə olmadıqda səs siqnallarının maşinistlər arasında aparılan danışıqlarla əvəz edilməsinə yol verilir. ___________________________