QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 25 Sep 2024

Aktın mətni

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.

2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2020, № 9, maddə 1209 (Cild I); 2024, № 3, maddə 308, № 6 (II kitab), maddə 732) 1.1-ci bəndində "2024-cü il 1 oktyabr" sözləri "2025-ci il 1 yanvar" sözləri ilə əvəz edilsin.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 25 sentyabr 2024-cü il № 440

Əvvəlki yenilik
Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı