QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblərin müəyyən edilməsi haqqında Azərbaycan…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 6 Aug 2024

Aktın mətni

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2443 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Qiymətləndirmə fəaliyyəti həyata keçirilərkən qiymətləndiricinin etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik halları əsasında onun fəaliyyəti üzrə "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin, habelə qiymətləndirmə haqqında müqavilə şərtlərinin pozulması nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəymiş zərərin ödənilməsi qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına dair minimum tələbdir.

2. Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi 200.000,0 (iki yüz min) manat müəyyən edilsin.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 5 avqust 2024-cü il № 376

Əvvəlki yenilik
T.H.İbrahimovun Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
“Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI