QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında
Rəsmi mənbə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş “AzDTN 1.6-2 “Tikintinin təşkili”…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 5 Jul 2024

Aktın mətni

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azdtn 1.6-2 "Tikintinin təşkili" Azərbaycan Respublikası Dövlət Tikinti Normalan"nın 6.1.7-ci yarımbəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəyi əsasında), tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "İçərişəhər" Dövlət Tarix Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və ya özəl yolun sahibi tərəfindən qəbul edilir.".

2. Hüquq idarəsi (Rəşadət Cəbrayılov) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. İctimaiyyətlə əlaqə idarəsi (Səbuhi Ağayev) bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində Azərbaycan Dövlət informasiya Agentliyinin ( AZƏRTAC -ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Hüquq idarəsinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə çatdırılmasını təmin etsin.

Nazir Kəmaləddin Heydərov

Əvvəlki yenilik
“Elektrik şəbəkəsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə