QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərAzərbaycan Respublikasının Ailə Məcəlləsi
Rəsmi mənbə

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 16 Jul 2024
2Əlavə edilib0Silinib
XülasəAI

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə yeni bir müddəa əlavə edildi. Artıq xarici ölkələrdə nikaha daxil olmaq istəyən şəxslər, diplomatik nümayəndəlik və ya konsulluq idarəsinə müraciət edərkən tibbi müayinə sənədini əlavə etməli olacaqlar. Bu dəyişiklik 16 iyul 2024-cü ildən qüvvəyə minir.

4 dəyişiklikdən 4-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 13

13.2
Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikahaBu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir.
13.5-1
Yeni maddə
13.5-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər.
13.5
Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikahaBu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.5-2
Yeni maddə
13.5-2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd əlavə olunur.
Əvvəlki yenilik
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
İ.M.Məmmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı