AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QƏRAR
№ 20/09 Bakı şəhəri 31 may 2024-cü il "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №- li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 may tarixli 112 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 259s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qərara alır:
1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının 177-1-ci sətrindən sonra (hər iki halda) aşağıdakı məzmunda 177-2-ci sətir əlavə edilsin: 177-2 Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsi 517-3
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov