QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Yeniliklər
Rəsmi mənbə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2001-ci il 30…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 22 May 2024

Aktın mətni

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu"nun 3-cü hissəsinin dördüncü abzasında "Ali Hərbi Məktəbi" sözləri "Hərbi İnstitutu" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin 2-1-ci fəslinin adında, 30-1-ci və 30-2-ci hissələrinin birinci abzaslarında, 30-2.1─30-2.3-cü bəndlərində, 30-2.4-cü bəndinin birinci, ikinci və üçüncü cümlələrində, 30-3-cü hissəsinin birinci abzasında, 30-3.1.9-cu yarımbəndində, 30-4-cü hissəsinin birinci abzasında, 30-4.1─30-4.3-cü bəndlərində, 30-4.4-cü bəndinin birinci və üçüncü cümlələrində, 30-5-ci hissəsinin birinci abzasında, 30-5.1─30-5.3-cü bəndlərində, 36-cı hissəsinin üçüncü abzasının birinci və ikinci cümlələrində, 37-1-ci hissəsinin birinci abzasında, 37-1.1─37-1.3-cü bəndlərində və 39-cu hissəsinin ikinci abzasında ismin müvafiq hallarında "Ali Hərbi Məktəb" sözləri ismin müvafiq hallarında "Hərbi İnstitut" sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"ndə 6-1─6-4, 16-1─16-10, 20-1─20-4 və 26-1 nömrəli şəkillərdə "Ali Hərbi Məktəbinin" sözləri "Hərbi İnstitutunun" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I) ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın 4.2-ci bəndində "Ali Hərbi Məktəbi" sözləri "Hərbi İnstitutu" sözləri ilə əvəz edilsin.

4. "Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978 (Cild I) 1-ci hissəsində "Ali Hərbi Məktəbinin" sözləri "Hərbi İnstitutunun" sözləri ilə əvəz edilsin.

Əvvəlki yenilik
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 oktyabr tarixli 1148 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin adının dəyişdirilməsi və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı