QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında
Rəsmi mənbə

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 15 aprel tarixli Q-11 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatları üçün hesabat…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 29 Apr 2024

Aktın mətni

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 15 aprel tarixli Q-11 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bəndin ikinci cümləsində "Büdcə təşkilatlarının" sözlərindən sonra "(bundan sonra — təşkilatlar)" sözləri əlavə edilsin;

1.2. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"2.1. Tabeli təşkilatlar tərəfindən illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas təşkilatına təqdim edilir.

2.2. Tabeli təşkilatı olmayan təşkilatlar və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən təşkilatlar tərəfindən müvafiq olaraq illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin iyun ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir."

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin. Kollegiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov

Əvvəlki yenilik
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu