a alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); 2024, № 1, maddə 116) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 3.2-1-ci bəndində "150 k Vt-dan" sözləri "200 k Vt-dan" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2100 (Cild I) ilə təsdiq edilmiş "Elektrik və istilik qurğularının texniki istismar Qaydası"nın 1.1.3.2-ci yarımbəndinin "c" abzasında, 1.1.3.10-cu yarımbəndində və 1.1.3.11-ci yarımbəndinin ikinci abzasında "150 k Vt-dan" sözləri "200 k Vt-dan" sözləri ilə əvəz edilsin.