Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 noyabr tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə və 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarı ilə təsdiq edilmiş “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 6 Apr 2024
XülasəAI
Geoloji Kəşfiyyat Agentliyi və Geodeziya və Kartoqrafiya Agentliyinin Nizamnamələrinə dəyişiklik edilərək, bu agentliklərin sərəncamında qalan vəsaitdən Nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafat verilməsi imkanı əlavə olunmuşdur. Dəyişiklik 2024-cü il aprelin 6-da qəbul edilmişdir.
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Agentliyin sərəncamında qalan vəsaitdən Nazirliyin əməkdaş-larının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.