QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Yeniliklər
Rəsmi mənbə

Azərbaycan Respublikası Prezidentinin “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 1 Apr 2024

Aktın mətni

1. "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3381 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 793 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "Qarabağ İqtisadi Rayonunda" sözləri və "Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin.

2. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin və həmin hissədən "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan" sözləri çıxarılsın.

3. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1197 (Cild I) 1-ci hissəsində "Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda" sözləri "Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair IDövlət Proqramı"nın "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsində "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin.

5. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 3908 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 706 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin;

5.2. birinci hissədə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin və həmin hissədən "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan" sözləri çıxarılsın.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əvvəlki yenilik
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
Azərbaycan Respublikası Prezidentinin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı