QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 28 Mar 2024

Aktın mətni

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlif səviyyələrdə, o cümlədən ikitərəfli, regional, kontinental və qlobal çağırışlarla bağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağa imkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. Cənubi Afrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəm əlaqələri, Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyi daha da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. Mən Cənub-Cənub əməkdaşlığını və ümumi inkişafın, qlobal bərabərliyin, sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inamımı ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə, Matamela Siril Ramafoza Cənubi Afrika Respublikasının Prezidenti

Əvvəlki yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı