QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 19 Mar 2024

Aktın mətni

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının .................................təsdiq edilməsi haqqında "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 avqust tarixli 2291 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 19 mart 2024-cü il № 173

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 19 mart tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların SİYAHISI Sıra №-si Fəaliyyət növünün adı

1. İP-telefoniya (internet telefoniya)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 19 mart tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI Sıra №-si İcazənin adı 1. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən aşağıdakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə: 1.1. mülki məqsədlər üçün kosmik obyektlər: sistemlər və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, proqram təminatı, texnologiyalar, işlər, xidmətlər 2. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) aşağıdakı əşyaların dövriyyəsinə icazə:

2.1. kosmik-peyk rabitə vasitələri

2.2. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş güc meyarı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 19 aprel tarixli 54 nömrəli

Qərarı ilə müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər 2.3. telekommunikasiya, məsafədən müşahidə, naviqasiya, nəqliyyat, tədqiqat, sınaq, məskunlaşma təyinatlı kosmik obyektlərin yerüstü kosmik infrastrukturu üçün nəzərdə tutulan radioqəbuledici qurğular (o cümlədən antenalar) 3. "İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 480 nömrəli Qərarı ilə müəyyən edilən radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 28 avqust tarixli 826 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2397 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI