3.1. 8.5-ci bənd üzrə:
3.1.1. dördüncü abzasda "istehsalat" sözü "tələbələrin ixtisas üzrə" sözləri ilə əvəz edilsin;
3.1.2. on birinci abzasda "istehsalat təcrübələrinin" sözləri "ixtisas üzrə təcrübələrin" sözləri ilə əvəz edilsin;
3.2. 8.7.6-cı yarımbənddə "istehsalat" sözü "tələbələrin ixtisas üzrə" sözləri ilə əvəz edilsin;
3.3. 8.7.10-cu yarımbəndin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:
"tələbələrin ixtisas üzrə təcrübəsi;".
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366 (Cild I) ilə təsdiq edilmiş "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 8.4.3-cü yarımbənddə "istehsalat təcrübələrinin keçiril-məsinə, buraxılış işlərinin yerinə yetirilməsinə, tələbələrin" sözləri "tələbələrin ixtisas üzrə təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin yerinə yetirilməsinə," sözləri ilə əvəz edilsin;
4.2. 8.4.10-cu yarımbənddə "istehsalat" sözü "ixtisas üzrə" sözləri ilə əvəz edilsin;
4.3. 8.6.6-cı yarımbənddə "istehsalat təcrübəsi" sözləri "ixtisas üzrə təcrübə" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 450 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1870 (Cild I) ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.6.4-cü yarımbənddə "istehsalat təcrübəsində" sözləri "ixtisas üzrə təcrübədə" sözləri ilə əvəz edilsin;
5.2. 3.18-ci bənddə "istehsalat təcrübəsi" sözləri "ixtisas üzrə təcrübə" sözləri ilə əvəz edilsin.