QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Roma Papası Fransisk Həzrətlərinə

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 13 Mar 2024

Aktın mətni

Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşma ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət edir.

Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü ifadə edirəm.

Əminəm ki, Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin bərqərar edilməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 mart 2024-cü il

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən