QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskidən

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 12 Feb 2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əziz İlham Heydər oğlu.

Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz haqlı olaraq təkcə öz Vətəninizdə deyil, həm də bizim ölkədə və bütün dünyada öz xalqı və regionda sülh üçün çoxlu işlər görmüş təcrübəli, uzaqgörən siyasi xadim kimi böyük ehtiram, yüksək nüfuz qazanmısınız. Keçirilən seçkilərin nəticələri də bunu inamlı şəkildə göstərdi.

Dahi atanızın, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətinin və həyatı boyu gördüyü işlərin layiqli varisi və davamçısı kimi, Siz onun ideyalarını uğurla davam etdirirsiniz.

Əminəm ki, Sizin yenidən Prezident seçilməyinizlə bu istiqamətdə aparılan işlər daha fəal davam etdiriləcək və bu işlərin soydaşlarınıza, ölkənin bütün vətəndaşlarına, bütünlükdə xalqlarımıza fayda gətirməsi üçün səylərinizi əsirgəməyəcəksiniz.

Bizim aramızda yaranmış şəxsi etimad və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm, əziz tuturam.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda əmin-amanlıq diləyirəm.

Hörmətlə, Leonid Slutski Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri, Beynəlxalq məsələlər komitəsinin sədri

Əvvəlki yenilik
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Vinerdən
Növbəti yenilik
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan