QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 10 Feb 2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu.

Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz xalqınızın həqiqi lideri, müdrik rəhbərsiniz. Müasir və dinamik inkişaf edən Azərbaycanın uğurları haqlı olaraq Sizin adınızla əlaqələndirilir.

Əminəm ki, Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı gələcəkdə də möhkəmlənəcək və respublikalarımızın sosial-iqtisadi inkişafına imkan yaradacaq, xalqlarımızın maraqlarına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yeni-yeni uğurlar, səadət, möhkəm cansağlığı, doğmalarınıza və yaxınlarınıza əmin-amanlıq arzulayıram.

Hörmətlə, Rəşid Temrezov Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

Əvvəlki yenilik
Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovdan
Növbəti yenilik
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan