QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

“İsrailin Dostları” Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının Prezidenti Aleksandr Şapiro-Sulimandan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 10 Feb 2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident.

Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizə artıq Türk dünyasının Milli Qəhrəmanı deyə müraciət edə bilərik. Bu qələbə xalqın Sizə olan böyük hörmətinin, ehtiramının və inamının göstəricisidir.

Siz son 20 illik fəaliyyətinizlə dövlətinizi dünyada böyük nüfuz və söz sahibinə çevirdiniz. Siz on milyonlarla azərbaycanlının 30 illik Qarabağ həsrətinə elə bir ustalıqla son qoydunuz ki, bütün dünya buna heyran oldu, dostlar sevindilər, düşmənlər isə hikkələrindən boğuldular. Siz Ali Baş Komandan kimi bu möhtəşəm hərbi Qələbənizlə dünyaya separatizmin kökünü kəsməyin ən bariz nümunəsini göstərdiniz. Bu qələbələrinizi həzm edə bilməyən bəzi mənfur qüvvələr anlamalıdırlar ki, Sizin arxanızda dünyada yaşayan 50 milyondan çox azərbaycanlı dayanır. Sizə yeni prezidentlik dönəmində Azərbaycan naminə görəcəyiniz işlərdə uğurlar arzulayıram.

Möhtərəm cənab Prezident, mən bir müddət Azərbaycanda yaşamışam və bu ölkə mənə ikinci vətəndir. Dayanıqlı inkişafa və suverenliyin möhkəmlənməsinə söykənən bu qələbəniz hər birimizin uğurudur. Sizi bir daha təbrik edirəm. Nailiyyətləriniz hər zaman bol olsun, cənab Prezident!

Hörmətlə, Aleksandr Şapiro-Suliman "İsrailin Dostları" Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının prezidenti, sülh səfiri, Dünya Xalqları Alyansının baş katibi, fəlsəfə və humanitar elmlər doktoru

Əvvəlki yenilik
“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhandan