QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 9 Feb 2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, əziz qardaşım.

Sizin seçkilərdəki uğurunuz və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz Sizə ən xoş arzularımı və ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl fürsətdir. Bu fürsətdən istifadə edərək Sizə Albaniya hökuməti adından və şəxsən öz adımdan aramızdakı yüksək səviyyəli dialoqa və iqtisadiyyatlarımız üçün, xüsusilə enerji və turizm kimi əhəmiyyətli sahələrdə əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.

Qəti şəkildə inanıram ki, Sizin yeni prezidentlik mandatınız dost ölkələrimiz arasındakı münasibətlərə yeni təkan olacaq. Həmçinin Albaniya Respublikasının tezliklə Bakıda səfirliyinin açılması aramızdakı kommunikasiyanın daha da sürətlənməsinə töhfə verəcək.

Bir daha ən xoş arzularımı çatdırıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə, Edi Rama Albaniya Respublikasının Baş naziri

Əvvəlki yenilik
BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosdan
Növbəti yenilik
Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan