QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 22 Dec 2023

Aktın mətni

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanda, Qafqaz regionunda və bütün dünyada Sizin adınız öz ölkəsini inkişaf və tərəqqi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli lider anlayışı ilə assosiasiya olunur.

Qarşınızda duran məsul məsələlərin həlli Sizin Azərbaycan xalqının rifahının yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr etdiyiniz fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir.

Qəti əminəm ki, Sizin yüksək işgüzarlığınız və çox böyük intellektual potensialınız bundan sonra da Azərbaycan və onun xalqı naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcəkdir.

Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin təşəbbüslərinə daimi dəstəyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə, Sergey Lebedev Müstəqil Dövlətlər Birliyinin Baş katibi

Əvvəlki yenilik
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən
Növbəti yenilik
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən