QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 22 Dec 2023

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Vətənə sevgi, ən yüksək peşəkarlıq, zəhmətsevərlik, siyasi uzaqgörənlik, qərarların qəbul edilməsində qətiyyət Sizə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına, Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə imkan verir.

Özünün zəngin mədəni irsini qoruyub saxlayan ölkə Sizin rəhbərliyinizlə böyük uğurlar, iqtisadiyyatın möhkəmləndirilməsi və insanların rifah halının yüksəldilməsi, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir.

Sizi öz Vətəninin maraqlarını ardıcıl surətdə müdafiə edən müdrik siyasi xadim kimi qiymətləndirirəm. Qarşılıqlı maraq doğuran bir çox mühüm məsələləri müzakirə etdiyimiz və onların həlli üzrə ortaq yanaşmalar tapdığımız görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram.

Federasiya Şurasında Rusiya ilə Azərbaycan arasında yaranmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirirlər. Dövlətlərarası qarşılıqlı fəaliyyətin mühüm tərkib hissələrindən biri olan Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafına Sizin şəxsi töhfənizi qeyd etmək istəyirəm. Gələcəkdə də Sizin müasir dövrün çağırışlarına cavabların axtarılmasında səylərin gücləndirilməsi üzrə qanunvericilərin birgə fəaliyyətinə dəstəyinizə güvənirik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Bir daha ən yüksək ehtiramımı qəbul edin.

Valentina Matviyenko Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri

Əvvəlki yenilik
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan
Növbəti yenilik
“Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kollegiyasının 2013-cü il 4 fevral tarixli 3 nömrəli Qərarı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı