QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 16 Dec 2023

Aktın mətni

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 8 dekabr 2023-cü il tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilmişdir.

Bununla əlaqədar işğaldan azad edilmiş ərazilərdə məskunlaşan və uzunmüddətli tikinti-quruculuq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının qanunvericiliyin tələbinə əsasən təmin edilməsi, habelə Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 35.3-cü maddəsinin tələblərinin ödənilməsi məqsədilə müvafiq seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən yeni seçki məntəqələrinin yaradılması zərurəti yaranmışdır.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 1 saylı Şərur - Sədərək, 2 saylı Şərur - Kəngərli, 3 saylı Babək - Şahbuz - Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək - Naxçıvan - Culfa, 47 saylı Sumqayıt - Abşeron - Qaradağ, 75 saylı Yardımlı - Masallı, 84 saylı Füzuli, 97 saylı Tərtər - Naftalan - Goranboy, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd və 125 saylı Zəngilan - Qubadlı seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilməlidir.

Qeyd edilənlərə əsasən Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 1 saylı Şərur - Sədərək, 2 saylı Şərur - Kəngərli, 3 saylı Babək - Şahbuz - Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək - Naxçıvan - Culfa, 47 saylı Sumqayıt - Abşeron - Qaradağ, 75 saylı Yardımlı - Masallı, 84 saylı Füzuli, 97 saylı Tərtər - Naftalan - Goranboy, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd və 125 saylı Zəngilan - Qubadlı seçki dairələrinin hüdudları daxilində Seçki Məcəlləsində nəzərdə tutulan müddətlərə dair tələblərə riayət edilməklə yeni seçki məntəqələrinin yaradılması və həmin seçki məntəqələri üzrə məntəqə seçki komissiyalarının təşkili müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov

Əvvəlki yenilik
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində maarifləndirmə proqramının həyata keçirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Növbəti yenilik
Mərkəzi Seçki Komissiyasının 2023-cü il 18 oktyabr, 20 oktyabr və 8 dekabr tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI