QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 18 oktyabr 2023

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə deyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan dostluq münasibətləri, mükəmməl iqtisadi əməkdaşlıq mövcuddur. Böyük geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayışla və hörmətlə yanaşmaq son dərəcə vacibdir. Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə genişlənəcək və dərinləşəcək. Səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcək. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.

Möhtərəm Prezident, Sizə dərin ehtiramımı bildirir, cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Hörmətlə, Milorad Dodik Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti

Əvvəlki yenilik
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan