QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 11 Sep 2023

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 12,0 (on iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən magistral su kəmərinin bərpasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 sentyabr 2023-cü il

Əvvəlki yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında” 1992-ci il 28 dekabr tarixli 700 nömrəli, “Mülki müdafiənin təmin edilməsi haqqında” 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli, “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə” 1998-ci il 14 dekabr tarixli 237 nömrəli, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 8 iyun tarixli 108 nömrəli, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 216 nömrəli, “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 dekabr tarixli 370 nömrəli və “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilməsi barədə” 2020-ci il 20 mart tarixli 102 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə