QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Naxçıvan Lift Xidmətinin və Naxçıvan Yaşıllaşdırma Xidmətinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 25 Jun 2023

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınaraq, Naxçıvan Lift Xidməti və Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublika-sının Nazirlər Kabineti və Naxçıvan Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 25 iyun 2023-cü il № 207

Əvvəlki yenilik
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı