Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi çatdırmaq üçün mənə xoş fürsət yaradır.
Bu fürsətdən istifadə edib Azərbaycan xalqına xoşbəxtlik arzularımı çatdırıram.
Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə, Pol Biya Kamerun Respublikasının Prezidenti