Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident!
MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının Katibliyi adından Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul edin.
Azərbaycan suveren inkişaf illəri ərzində dövlətçiliyin möhkəmləndirilməsi işində, ictimai, siyasi və iqtisadi həyatının bütün sahələrində dərin islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib, həmçinin beynəlxalq arenada öz mövqelərini möhkəmləndirib.
Möhtərəm cənab Prezident, Sizə Azərbaycan Respublikasının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə, Dmitri Kobitski MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi, Aydın Cəfərov MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi